«Fatimənin adı düyün açandır» Rəhmətlik Ayətullah Qazinin uzun illər Seyyid Murtəza
Kəşmiri (vəfatı 1350 q.) ilə yaxın əlaqələri olmuşdur. Seyyid
Murtəza Kəşmiri öz dövrünün nadir şəxsiyyətlərindən, zahid
və mükaşifə sahiblərindən idi.
Qazi nəql edir ki, bir gün Murtəza Kəşmiri ilə birlikdə İmam
Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Nəcəf-Əşrəfdən
Kərbəlaya gəldik. Beynəl-Hərəmeynin bazar mədrəsəsində bir
hücrə tutduq. Bu hücrə pillələrin qurtaracağında yerləşirdi və
buna görə də hər gün o uzunluqda pillələri düşüb-çıxmalı
olurduq. Həmin ərəfələrdə bir dəfə Seyyid Murtəza qabaqda,
mən də arxasınca hücrəmizə gedirdik. Elə ki, pillələr sona
yetdi, gördük hücrənin qapısı bağlıdır. Kəşmiri nəzərini mənə
yönəldib dedi:
Deyirlər, hər kəs Həzrət Musanın (ə) anasının adını bağlı
qıfıla oxusa, qıfıl açılar. Mənim anam (Həzrət Fatimə (ə.s))
Həzrət Musanın anasından heç də əskik deyil.
Bunu deyib əlini qıfıla uzatdı və dedi: “Ya Fatimə!” Bir anda
açıq qıfılı qarşıma qoydu və içəri keçdik.
1