−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə66/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   62   63   64   65   66   67   68   69   ...   131
alim-keramet

«Eşidən qulaqlar» 
Elm  əhli  arasında  təqvası,  zahidliyi  ilə  tanınan,  “Səfinətül-
bihar”  və  digər  məşhur  kitabların  müəllifi  olan  rəhmətlik 
Mühəddis Qumidən birbaşa nəql edərək deyirlər: 
Bir  gün  Nəcəfin  Vadiüs-Səlam  qəbristanlığına  möminlərin 
qəbirlərinin  ziyarətinə  getmişdim.  Bu  arada,  mən  olduğum 
yerdən  bir  az  uzaqda  qulağıma  dəvə  nəriltisi  dəydi.  Sanki 
dəvəni dağlayırmışlar, dəvədən elə nərilti, elə bağırtı qopurdu 
ki, bütün qəbristanlığı lərzəyə salmışdı. 
Mən  tez  qalxıb  dəvənin  harayına  yetişmək  üçün  o  səmtə 
yollandım. Yaxınlaşanda gördüm dəvə yoxdur, nərilti, gurultu 
basdırılmaq  üçün  gətirilmiş  bir  cənazədən  qopur.  Cənazəni 
basdırmağa gəlmiş adamların bu qəziyyədən əsla xəbərləri yox 
idi. Sakitcə hərə öz işini görürdü. 
 
1
 İmam Təqi (ə) ilə İmam Əsgərinin (ə) hərəmi nəzərdə tutulur. 
2
 O zaman İranın pul vahidlərindən biri. 18 noxud çəkisində qızıl pul 
sikkəsi. 
3
  Nemətullah  Hüseyni,  “Mərdane  elm  dər  meydane  əməl”,  c.  3, 
səh.109 


 
75 
Yəqin  etdim  ki,  bu  zalım  bir  adamın  cənazəsidir  ki, 
ölümünün  ilk  mərhələsində  bu  aqibətə  düçar  olmuşdur.  Yəni 
dəfndən  və  qəbir  əzabından  qabaq  öz  bərzəxdəki  surətini 
görüb qorxuya düşmüş, fəryad qopartmışdır. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin