77
rəhmətlik Ziyaüddin İraqi gəlib durdu qapının ağzında və
dedi:
Şeyx Məhəmmədhüseyn! Hazırlaş gələn cümə axşamı bizim
yanımızda olacaqsan. Mən yəqin etdim ki, ömrümün son
günlərini yaşayıram.
O deyən kimi də oldu. Həftənin axırı Ayətullah İsfəhani heç
bir
xəstəliyi
olmadığına
baxmayaraq,
gözlənilmədən
dünyadan köçdü.
...Həmçinin Seyyid Mustafa Səfayi Ayətullah Məhəmməd
Haşimi Gülpayqaninin dilindən nəql edirdi ki, buyurdu:
Məhəmmədhüseyn İsfəhaninin vəfat etdiyi gecə atam seyyid
Cəmaləddin Gülpayqani məni çağırıb dedi:
İndicə Ziyaüddin İraqi gəlmişdi. Dedi ki, Ayətullah İsfəhani
bizim yanımıza gəldi. Mən dedim:
Ağacan! Şeyx Məhəmmədhüseyn sap-sağlamdır, neçə saat
bundan qabaq onu görmüşəm. Dedi:
Oğlum! Bu dəqiqələrdə ağa Ziyaüddin gəldi və bu xəbəri
gətirdi. Sən get, öyrən gör, nə xəbər var.
Mən qalxıb Ayətullah İsfəhaninin halını öyrənməyə gedirdim
ki, gördüm rəhmətliyin evindən şivən səsi qalxdı. Tez evinə
gedib yatağına yaxınlaşdım. Gördüm dünyadan köçüb.
1
Dostları ilə paylaş: