«Xalis incilər silsiləsindən» İmam Əli (ə) buyurur:
Arif şəxs dünyadan köçəndə, nə rəhbərlər, nə də şəhidlər onu
nə qiyamətdə, nə də Rizvan cənnətdə axtararlar tapa
bilməzlər. Həmçinin Cəhənnəmin maliki atəşdə tapa bilməz.
Bir nəfər sual edir:
Bəs arif harada olar?
İmam cavabında buyurur:
1
Şeyx Məhəmməd Razi, “Kəramate Salehin”, səh. 267
78
“Qüdrətli padşahın yanında, ləyaqətli bir yerdə olar (Quran
ayəsi).” (Yəni ariflərin yeri “cənnəti-zat”dır.)
1
«Su ilə dolu quyu» Tehranın tanınmış vaizlərindən olan Şeyx Məhəmməd Mehdi
Tac nəql edirdi ki, Tehranın hörmət sahibi olan tacirlərindən
biri deyirdi:
Tehranın Şimiran adlı səfalı yerində bağ almışdım, amma su
cəhətdən korluq çəkirdik. O zaman həmin yerə su borusu
çəkilməmişdi. Ona görə də naçar qalıb qərara gəldik ki, bağın
bir yerində dərin quyu qazdırıb nasos vasitəsilə su çəkib, bağı
suvaraq. Amma bağın hansı yerini qazdıqsa su çıxmadı. Çoxlu
xərcim çıxmasına baxmayaraq bir nəticə hasil olmadı.
Bağı o vəziyyətdə qoyub bir gün İmam Rizanın ziyarəti üçün
Məşhədə yollandıq. Orada olanda mənəvi məqam sahibi şeyx
Həsənəli Noxudəki ilə köhnədən tanışlığımız olduğu üçün
onun da ziyarətinə getdim. Hal-əhvaldan sonra söhbət
əsnasında bağın əhvalatını − çoxlu xərc çəkdiyimi, zərərə
düşdüyümü də ona danışdım və ondan kömək istədim.
Buyurdu:
Bir göstəriş verəcəm, əgər o göstərişə uyğun əməl etsəniz,
bağın hansı yerini qazsanız su çıxacaq və heç vaxt da
qurtarmayacaq. Həmin su sizin bütün ehtiyaclarınızı
ödəyəcək, bu şərtlə ki, bağın xaricində bir dənə də gedib-
gələnlər, qonşular üçün bulaq yeri düzəldəsiniz.
Deyilən şərti qəbul etdim. Sonra şeyx Həsənəli bir kağız
parçası götürüb üstünə bir-iki cümlə dua yazdı və mənə verib
buyurdu:
Hansı tərəfi istəsən qazdırarsan, amma əvvəl bu kağızı
qazdıracağın yerə qoyarsan sonra qazarlar. Elə ki, suya
çatdınız bu kağızı quyuya tullayarsınız.
79
Onun dediyi kimi də elədik. Birinci qazmada suya yetişdik.
İndiyə qədər o quyudan istifadə edirik, amma qurumaq bilmir.
Bir dənə də bulaq gözü çöl tərəfdə düzəltmişik ki, ümumi
camaat istifadə etsin.
1