−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə78/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   74   75   76   77   78   79   80   81   ...   131
alim-keramet

«Nura qərq olmuş cəsəd» 
Adlı-sanlı  xətib  Hüseynəli  Raşid  atası  −  məşhur  arif  molla 
Abbas Türbəti haqqında yazır: 
Atamdan görüb müşahidə etdiyimiz və həmçinin bizim üçün 
qaranlıq  qalan  məsələlərdən  biri  də  budur  ki,  atam  1322-il 
mehr  ayının  24-ü,  yekşənbə  günü  −  təqribən  2  saat  dan  yeri 
söküləndən sonra vəfat etdi.  
Sübh namazını uzanmış halda qıldı və ölüm əlamətləri onda 
müşahidə  edilməyə  başladı.  Əllərini,  ayaqlarını  qibləyə  tərəf 
uzatdılar, amma huşu yerində idi və dodağının altında nə isə 
deyirdi.  Deyəsən  can  verdiyini  başa  düşmüşdü  və  ruhunun 
son işartısında dilindən çıxan söz “La ilahə illəllah” oldu. 
Düz  bir  həftə  qabaq,  elə  həmin  yekşənbə  günü  sübh 
namazından  sonra  qibləyə  sarı  uzanıb  əbasını  da  üzünə 
çəkmişdi  ki,  birdən  gün  işığı  pərdə  arxasından  necə  bərq 
vurursa  atamın  da  vücudu  nura  qərq  olmağa  başladı. 
Xəstəlikdən saralıb-solmuş çöhrəsi işıqlanıb şəffaflaşdı, belə ki, 
üzünə çəkdiyi nazik əbanın altından aydın görünürdü. Birdən 
tərpənib dedi: 
 
1
 Miqdadi, həmin mənbə, səh. 81 


 
88 
“Əssəlamun  əleykə  ya  rəsulullah  (s)”,  siz  bu  həqir  bəndəni 
görməyə gəlmisiniz. 
Sonra,  sanki  bir-bir  görüşünə  gəlirlərmiş  kimi  Həzrət  Əliyə 
(ə) və bir-bir imamların hamısına − on ikinci imama kimi salam 
verir və onlara gəldiklərinə görə təşəkkür edirdi. Sonra Həzrət 
Fatiməyə  (s)  salam  verdi,  sonra  xanım  Zeynəbə  salam  verdi. 
Xanım Zeynəbə salam verəndə ağladı və dedi: 
Xanım,  mən  sizin  üçün  çox  göz  yaşı  axıtmışam.  Sonra  öz 
anasına salam verdi və dedi: Ana, səndən razıyam. Mənə halal 
süd verdin. Bu hal gün çıxandan iki saat keçənə qədər davam 
etdi. 
Bu haldan sonra vücudundan qalxan nur aradan getdi və adi 
halına  qayıtdı.  Üzünün  də  rəngi  yenə  əvvəlki  kimi  saralmağa 
başladı.  Bir  həftə  sonra  həmin  gündə,  həmin  saatda  can 
verməyə başladı və ruhunu təslim etdi. 
Bu  bir  həftə  arasında  bir  gün  mən  ona  dedim  ki,  biz 
peyğəmbərlərdən,  övliyalardan  çoxlu  rəvayət  eşidirik  və  arzu 
edirik  ki,  ey  kaş  o  zaman  biz  onların  yanında  olaydıq,  öz 
dillərindən eşidərdik. İndi mənim ən yaxın adamım sizsiniz və 
belə  bir  hal  sizin  üçün  baş  vermişdir.  Mən  bu  halın  nə 
olduğunu  anlamaq  istəyirəm.  Sizin  düşdüyünüz  o  hal  nə  idi? 
Sükut etdi. Bir kəlmə olsun belə danışmadı. 
İkinci dəfə, üçüncü dəfə başqa üsullarla sualımı təkrar etdim. 
Yenə də sükut etdi. Dördüncü, beşinci dəfə soruşanda dedi:  
Hüseynəli, məni incitmə. Dedim:  
Məqsədim bu barədə bir şey öyrənmək idi. Dedi:  
Mən  sənə  başa  sala  bilmərəm,  get  özün  öyrən.  Onun 
keçirdiyi  bu  hal  mənə,  anama,  qardaşıma,  bacıma  və  bibimə 
indiyə qədər − bu yazını yazdığım günə kimi anlaşılmaz qaldı. 
Bu  barədə  heç  bir  şey  deyə  bilmərəm,  ancaq  onu  deyirəm  ki, 
belə bir halət görsəndi, biz olanları öz gözümüzlə gördük.
1
  
 
1
 Hüseynəli Raşid, “Fəziləthaye fəramuş şode”, səh. 149 


 
89 
Kitab müəllifi deyir: 
Xoş təsadüfdən yuxarıdakı hekayəni yazarkən televizor elan 
etdi:  Bu  gün  Hüseynəli  Raşidin  həyatdan  köçməsinin 
ildönümü  münasibəti  ilə  dini  hövzə  və  universitet 
müəllimlərinin  iştirakı  ilə  Tehran  universitetində  yığıncaq 
keçiriləcək.  Bu  xatirənin  yazıya  köçürülməsi  ilə  mərhumun 
ildönümü təsadüfən üs-üstə düşdü.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin