90
Bu beyti deyib həmin halda “la ilahə illəllah” kəlməsini
söylədi.
Çöhrəsinə aydın görünəcək nur çökmüşdü. Mən qalxıb
getdim. İki gün çəkmədi ki, Taliqaninin ölüm xəbərini
gətirdilər. Təəssüf edə-edə tələbələrlə birlikdə Taliqaninin
qaldığı Seyyid Kazim Yəzdinin mədrəsəsinə tərəf yollandıq.
Dedilər ki səhərə yaxın, adəti üzrə evin damına qalxıb
münacat etmiş, sonra sübh namazını qılıb hücrəyə girmiş və
artıq çölə çıxmamışdır. Gün qalxmazdan qabaq həmişə
hücrədən çıxıb mədrəsənin həyətinə gələn Taliqanini
görməyən tələbələr nigaran qalıb onun hücrəsinə gedirlər...
Görürlər ki, müraqibə halında söykənib canını tapşırıbdır.
Qüsul verib kəfənləməyi mən boynuma götürdüm.
Qüsulxanadan qəribə xoş qoxu gəlirdi. Əvvəllər heç kim buna
oxşar xoş qoxunu duymadıqları üçün çox təəccüb etdilər.
Cəsədində də qəribə nur hiss olunurdu. Cənazəni Nəcəfin
Vadiüs-səlam qəbristanlığında torpağa tapşırdılar.
1
Dostları ilə paylaş: