−Алимләрин кәрамәтләри−


«Vüsal şövqündən doğan gülüş»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə80/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   76   77   78   79   80   81   82   83   ...   131
alim-keramet

«Vüsal şövqündən doğan gülüş» 
...Rəhmətlik  Mürtəza  Taliqani  mələkuti  nəfs  sahibi  idi. 
Ömrünün 
son 
illərini 
Məhəmməd 
Kazim 
Yəzdinin 
mədrəsəsində  yaşamışdı.  Həkim  Hiydəci  kimi  dərs  deməklə 
məşğul  olurdu  və  tələbə  hansı  dərsi  istəsəydi  onu  da  deyirdi. 
Seyyidin mədrəsəsinin tələbələri deyirdilər:  
Şeyx  Mürtəza  öləcəyi  günün  axşamı  bütün  tələbələri  öz 
hücrəsinə  topladı  və  sübhə  qədər  onlarla  deyib-güldü.  O 
axşam  hamı  ilə  zarafat  edir,  hamının  könlünü  oxşamağa 
çalışırdı.  Mədrəsənin  tələbələri  öz  hücrələrinə  getmək 
istəyəndə deyirdi:  
 
1
  Mənuçehr  Səduqi  Suha,  “Tarixe  hükəma  və  ürəfaye  mütəəxxir”, 
səh. 92 


 
91 
Bir  gecədir,  qənimətdir.  Tələbələrin  heç  biri  onun  öləcəyini 
güman etmirdilər. 
Azan  vaxtı  şeyx  dama  qalxıb  azan  dedi  və  aşağı  enib  öz 
hücrəsinə getdi. 
Gün  hələ  çıxmamışdı  ki,  gördülər  şeyx  üzü  qibləyə  uzanıb 
üzünü bir parça ilə örtmüş və dünyadan köçmüşdür. 
Mədrəsənin xadimi deyir:  
Günortadan  keçmiş  (səhərisi  gün  şeyx  vəfat  edir.)  Şeyx 
mədrəsənin həyətində dolaşarkən mənimlə rastlaşdı və dedi:  
Bu gecə yatacaqsan, sübh yuxudan duranda, dəstəmaz almaq 
üçün hovuzun qırağına gələndə eşidəcəksən ki, deyirlər:  
Şeyx Murtəza vəfat etdi. 
Xadim deyir:  
Mən  onun  nə  demək  istədiyini  anlamadım,  dedim  yəqin 
zarafatyana nəsə demək istəyir. Sübh yuxudan durub hovuzun 
kənarına  dəstəmaz  almaq  üçün  gələndə  gördüm  mədrəsənin 
tələbələri deyirlər:  
Şeyx Mürtəza vəfat edib.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin