97
onu dövrəyə alıb, − kimisi hal-əhval tutur, kimisi sual
soruşurdu.
Keçib kənarından ötmək istəyəndə, məni öz yanına çağırdı.
Öz-özümə dedim, mənim bu adamla tanışlığım yoxdur, görən
nə işi var?
Yaxınlaşıb salam verdim. Cavabımı verib astaca qulağıma
dedi:
Mən səni halal etdim və bağışladım, amma bir də fikrinə belə
şeylər gətirmə və hər kəs haqqında bu xəyallara uyma.
Bu sözləri eşidəndə özümü itirdim, utandığımdan bilmədim
nə deyim. Ürəyimdə dedim mən ki, bu barədə kimsəyə söz
deməmişəm. Camaat çox, məscidin işığı da zəif idi. Mən
minbərdən çox uzaqda oturmuşdum, bəs necə oldu ki, mənim
fikrimdən keçənləri oxudu?!
Anladım ki, ilahi gözlə, Allah nuru ilə görüb. O vaxtdan
onun müridlərindən oldum. Əlini öpüb tövbə etdim. Hər dəfə
Həzrət Əbdül-Əzimə gedəndə onun da ziyarətinə gedirəm.
Dostları ilə paylaş: