−Алимләрин кәрамәтләри−


«Mənim dərsim artıq qurtardı»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə86/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   82   83   84   85   86   87   88   89   ...   131
alim-keramet

«Mənim dərsim artıq qurtardı» 
...  Hava  yavaş-yavaş  istiləşməyə  doğru  gedirdi.  Nəvvab 
mədrəsəsinin  tələbələri  (Məşhəd)  cümə  axşamı  və  cümə 
günləri  günortadan  keçmiş  mədrəsənin  kölgəlik  bir  yerinə 
 
1
 Məhəmməd Razi, “Asarul höccət”, c. 1, səh. 32 


 
100 
xalça-palaz döşəyib sərin olsun deyə, orada otururdular. Mirzə 
Mehdi  İsfəhani  də  mədrəsəyə  gələndə  dərsini  həmin  yerdə 
keçərdi.  Havanın  həddən  artıq  isti  olması  üzündən  hövzənin 
dərsləri  tətil  oldu,  amma  bu  dərs  davam  edirdi.  Getməlilər 
getdi, bu dərsin həvəskarı olanlar qaldı. Həqiqətdə tələbələr iki 
yolayrıcında  qalmışdılar,  bir  hissəsi  öz  vətəninə  və  ya 
şəhərdən  qıraq  bir  yerə  səfər  etmək  istəyirdi,  başqa  bir  dəstə 
isə dərsdən ayrılmaq istəmirdi. 
Cümə  axşamı  dərs  başa  çatanda  tələbələr  arasında  dilli-
dilavərliyi ilə tanınan cənab Sədrzadə dedi:  
Ağa havalar çox istiləşib, dərsləri tətil etmək istəmirsiniz? 
Mirzə İsfəhani dedi: 
Siz  kafirlik  edirsiniz  ha...  Burda  gül-çiçəyin  kənarında 
oturmusunuz  və  bir  belə  nemətə  küfr  edirsiniz.  Sabah 
Məşhədin  yaylaqlarından  birinə  −  məsələn  tərqəbəyə  də 
getsəniz,  neçə  gün  qalandan  sonra  başqa  bir  yerə  getmək 
həvəsinə düşəcəksiniz. 
Sonra dedi: “lən tətil lil-dərs” Əlavə olaraq izah etdi ki, “lən” 
kəlməsi  əbədi  inkar  mənasını  verir,  bunu  dedim  biləsiniz  ki, 
tətil söhbəti olmayacaq. 
O  günün  sabahısı,  yəni  cümə  günü  mədrəsəyə  dərs  demək 
üçün  gələndə  ustadın  bütün  xüsusi  şagirdləri  hazır 
dayanmışdılar.  Ustad  həmişəkindən  fərqli  olaraq  dərs 
metodunu dəyişmişdi. 
Mirzə  Cavad  Tehraniyə  xitab  olaraq  (Mirzə  İsfəhaninin 
şagirdlərindən  olmuşdur)  bir  neçə  kəlmə  söz  deyib  sonra 
məbdə  və  məad,  maarifin  və  etiqadların  üsulu  haqqında 
müxtəsər mətləblərə toxundu. Hər iki-üç cümlənin arasında və 
ya hər mövzudan sonra buyururdu: 
Cavad  ağa!  Mən  sizə  deyirəm,  başa  düşürsən  nə  deyirəm, 
hükəma nə demişdir? 
Artıq mənim dərsim sona yetdi! Siz gərək məndən sonra bu 
sözləri tələbələrə çatdırasınız, tələbələrə yol göstərəsiniz! 


 
101 
Təqribən  bir  saata  yaxın  söhbət  bəyan  etdi  və  hər  beş 
dəqiqədən bir yenə deyirdi:  
Cavad ağa, bunları sənə dedim, tələbələrin hidayətini sən öz 
öhdənə götürməlisən. 
Xülasə dərs başa çatdı. Bütün şagirdlər təəccüb içində idilər, 
hər  biri  ustadın  danışığını  bir  cürə  yozurdu.  Daha  çox  da 
şagirdləri təəccübləndirən bu idi ki, dünən ustad tətili qadağan 
edirdi,  amma  bu  gün  deyir  mənim  dərsim  qurtardı,  artıq 
dərsim yoxdur. Bu əmr hardan gəldi? Yoxsa qeybdənmi işarə 
oldu?  Ustada  nə  olur?  Gələcəkdənmi  xəbər  verir?  Mütləq 
şəkildə dərslərinin tətil olacağını bildirir. 
Yay  tətili  başa  çatdı  və  hövzənin  dərsləri  yenidən  başladı. 
Amma  ustad  daha  dərs  demirdi.  Çox  keçmədi  ki,  ustadın 
infarkt  keçirdiyini  və  az  sonra  ürəkağrıdan  ölüm  xəbərini 
eşitdik. 
Ustadın  böyük  oğlu  Mirzə  Əlirza  tez  özünü  yetirdi  ki, 
atasının  başı  üstündə  olsun.  Onu  saxlayıb  dedilər  ki,  atan 
infarkt keçirib, yanında hay-küy salmaq olmaz. 
Fəryad çəkib dedi:  
Atam  bu  gün  sübh  öləcəyini  xəbər  vermişdi.  Demişdi  mən 
gedirəm  qüsul  verməyə,  Pərvərdigarımın  yanına  pak-qüsullü 
getmək  istəyirəm.  İcazə  verin  atamla  görüşüb,  üzündən 
öpüm.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin