−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə87/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   83   84   85   86   87   88   89   90   ...   131
alim-keramet

«Allahın izni ilə öl!» 
Nəcəfli dostlarımdan bir-neçə nəfəri Nəcəfin elmi hövzəsinin 
tanınmış  ustadlarından  birinin  dilindən  nəql  edirlər  ki, 
deyirdi: 
Mən ariflər ustadı Mirzə Əli Qazi Təbatəbai və onun dilindən 
nəql edilən mətləblər və onun haqqında tez-tez qulağıma çatan 
 
1
 Əbdül-Cavad Qərəviyan, “Cilvehaye rəbbani”, səh. 14-16 


 
102 
qəribə  əhvalatlar  barəsində  şəkdə  idim.  Öz-özümə  həmişə 
deyirdim görən bütün bu danışılanlar doğrudur, yoxsa yalan? 
Tərbiyə etdiyi bu şagirdlər ki, deyirlər belə hal sahibi olurlar, 
elə kamala çatırlar − düzdür, yoxsa təxəyyül? 
Uzun müddət  bu fikirlər zehnimdə dolaşırdı və tərədüddən 
qurtara  bilmirdim.  Kimsənin  mənim  bu  fikrimdən  xəbəri  yox 
idi.  Bir  gün  namaz,  ibadət  və  Kufə  məscidinin  ziyarət 
buyuruqlarını yerinə yetirmək üçün həmin məscidə yollandım. 
(Rəhmətlik  Qazi  Kufə  məscidində  çox  olurdu.  İbadət  üçün 
orada  xüsusi  hücrəsi  də  var  idi.  Kufə  və  səhlə  məscidinə  çox 
rəğbət göstərirdi və əksər gecələri sübhə qədər həmin yerlərdə 
ibadət edirdi.) 
Məscidin  həyətində  dolaşarkən  Qazi  ilə  rastlaşdım. 
Salamlaşıb  edib  bir-birimizlə  hal-əhval  tutduq  və  söhbət  edə-
edə gəlib məscidin arxa hissəsinə çatdıq. 
Məscidin  arxa  hissəsi  çöllü-biyabana  baxırdı  və  get-gəl  az 
olurdu.  Məscidin  hündür  divarının  dibində,  qiblə  tərəfdə  hər 
ikimiz  yerə  oturduq  ki,  bir  az  dincəlib  alıb  yenidən  məscidə 
gedək. 
Aramızda  söhbət  qızışdı.  Rəhmətlik  Qazi  ilahi  ayələrin 
sirlərindən  mənə  əhvalatlar  danışırdı.  Tövhidin  əzəmətli  və 
cəlallı  məqamından,  bu  yola  qədəm  qoymaqdan,  bu  yolun 
insan  yaradılışının  yeganə  hədəfi  olmasından  maraqlı 
söhbətlər edir, dediklərinə tutarlı dəlillər gətirirdi. 
Mən  öz  ürəyimdə  yenə  də  tərəddüd  edib  dedim,  mən  nə 
bilim  bu  deyilənlər  doğrudur,  ya  yox?  Deyilənlərə  şübhə 
edirəm.  Ola  bilsin  doğru  olsun,  amma  mənim  xəbərim 
olmasın. 
Əgər  ömür  bu  minvalla  keçsə  vay  mənim  halıma;  əgər 
deyilənlər doğru olsa və bizə bir şey çatmasa vay halıma. 
Başqa  bir  tərəfdən,  eşitdiklərimin  nə  dərəcədə  doğru 
olduğunu  bilmədiyim  üçün  şəkdə  qalmışdım  ki,  dalınca 
gedim, yoxsa getməyim. 


 
103 
Bu  fikirdə  idim  ki,  qarşıdakı  təpənin  deşiyindən  böyük  bir 
ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə 
başladı.  (Bu  yerlərdə  çoxlu  ilan  olur  və  əksər  hallarda  camaat 
onları  görür,  amma  indiyə  qədər  kimsəni  çaldığını 
eşitməmişik.) 
İlan  bizim  qarşımıza  çatanda  məni  ixtiyarsız  vahimə 
götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: “Mot biznillah!” 
(Allahın izni ilə öl!) Həmin dəqiqə ilan yerində quruyub qaldı. 
Ağa  Qazi  heç  nə  olmayıbmış  kimi  söhbətini  davam  etdirdi. 
Bir  az  da  söhbət  edəndən  sonra  qalxıb  məscidə  getdik.  Ağa 
Qazi  məscidin  ortasında  iki  rəkət  namaz  qılandan  sonra  öz 
hücrəsinə  getdi  və  mən  də  məscidin  bir-iki  ziyarət  əməllərini 
yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim. 
Ziyarət  etdiyim  anda  birdən  yadıma  düşdü  ki,  bayaq 
məscidin  arxasında  baş  verən  əhvalat,  Qazinin  gördüyü  iş 
həqiqət idi, yoxsa gözbağlıca idi? Dedim bəlkə kişi məni sehrə 
salıb,  mənə  elə  görsəndi?  Bu  fikirlər  məni  əldən  saldı,  daha 
necə  ziyarət  oxuduğumu  bilmədim.  Dedim  yaxşısı  budur 
gedim  görüm  ilan  həqiqətən  ölübdür,  yoxsa  dirilib  qaçıbdır? 
Ziyarəti 
başa 
çatdırıb 
tələsik 
çölə 
çıxdım. 
Bayaqkı 
oturduğumuz  yerə  gedib  gördüm  ilan  quru  ağac  kimi  yerə 
sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir. 
Ağlım  başımdan  çıxdı.  Məscidə  qayıtdım  ki,  bir-iki  rəkət  də 
namaz  qılıb  Nəcəfə  dönüm,  amma  bacarmadım.  Fikir-xəyal 
məni  götürdü  ki,  əgər  bu  işlər  haqdırsa,  bəs  bizim  niyə 
xəbərimiz  yoxdur?  Rəhmətlik  Qazi  öz  hücrəsində  ibadətə 
məşğul  idi.  Öz  hücrəsindən  çıxanda,  mən  də  məsciddən  çölə 
çıxdım.  Məscidin  həyətində  yenə  də  bir-birimizlə  rastlaşdıq, 
məni görüb gülümsündü və dedi:  
Ağa can! İmtahan da etdin, daha nə deyirsən?!
1
  
 
1
 Əllamə Hüseyn Hüseyni Tehrani, “Məad şenasi”, c. 1, səh. 32 


 
104 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin