−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə88/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   84   85   86   87   88   89   90   91   ...   131
alim-keramet

«İmamın səfiri» 
Böyük Quran müfəssiri Əllamə Təbatəbai deyir: 
Təhsilimi davam etdirmək üçün Təbrizdən Nəcəf-Əşrəfə yola 
düşəndə Nəcəfin vəziyyətindən xəbərsiz idim; bilmirdim hara 
gedim,  nə  iş  görüm.  Yol  boyu  fikirləşirdim  ki,  hansı  dərsi 
oxuyum,  hansı  ustadın  yanına  gedim,  hansı  yolu  seçim  ki, 
Allah bəyənən olsun. 
Nəcəf-Əşrəfə  çatanda  ilk  növbədə  üz  tutdum  Əli  (ə)-ın 
hərəminə və ərz etdim:  
Ya  Əli!  Mən  təhsilimi  təkmilləşdirmək  üçün  sizin 
məhzərinizə  gəlmişəm,  amma  dərsə  haradan  başlayacağımı, 
hansı  proqramla  işləyəcəyimi  bilmirəm.  Sizdən  xahiş  edirəm 
ki, mənə bu işdə yol göstərəsiniz. 
Özümə  bir  mənzil  kirayə  edib  orda  yerləşdim.  Nəcəfə 
gəldiyim  ilk  günlərdə  hələlik  dərsə  getmir,  evdə  oturub  nə 
edəcəyimi  fikirləşirdim.  Bir  gün  yenə  evdə  oturmuşdum, 
gördüm qapı döyüldü. Qapını açıb gördüm böyük alimlərdən 
biridir.  Salam  verib  içəri  keçdi,  bir  küncdə  oturub  hal-əhval 
tutdu.  Olduqca  cazibəli  və  nurlu  üzü  var  idi.  Məni  çoxdan 
tanıyırmış  kimi  səmimi  söhbətə  başladı  və  tez  bir  zamanda 
onunla  ünsiyyətə  girdim.  Söhbət  edə-edə  arada  mənə  şer  də 
oxudu və sonra belə bir məzmunda söhbətə keçdi: 
Təhsil  məqsədi  ilə  Nəcəfə  gəlmiş  kəs  yaxşı  olardı  ki, 
təhsildən  əlavə  öz  nəfsinin  saflaşdırılması  və  təkmili  fikrində 
də olsun. İnsan gərək öz nəfsindən qafil olmasın. 
Bunu  deyib  getmək  üçün  ayağa  qalxdı.  Mən  bu  söhbətdə 
onun  islami  əxlaqına  heyran  oldum.  O  ilahi  alimin  qısa  və 
kəsərli sözləri mənə elə təsir etdi ki, artıq gələcək proqramımı 
müəyyənləşdirdim. 


 
105 
Nəcəfdə olduğum müddətdə o təqvalı alimdən bir an da olsa 
ayrılmadım.  Onun  əxlaq  dərslərinə  gedir,  hüzurundan  feyz 
alırdım. O böyük alim Mirzə Əli Qazi idi.
1
  
 
 
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin