−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə90/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   86   87   88   89   90   91   92   93   ...   131
alim-keramet

«Teyyül-ərz» 
Ağa  Qazi  ziyarət  əyyamlarında  həmişə  Nəcəf-Əşrəfdən 
Kərbəlaya  gedərdi.  Heç  kim  onun  maşına  mindiyini 
görməmişdi.  Bu  sirdən  saat  bazarının  (böyük  bazar)  bir  nəfər 
tacirindən  başqa  heç  kim  xəbər  tuta  bilməmişdi.  Həmin  tacir 
müqəddəs  Məşhəd  şəhərində  ziyarətdə  olarkən  Qazini  orada 
görür.  Qazidən  xahiş  edir  ki,  pasportunda  qarşıya  çıxmış 
problemi həll etsin. 
Qazi  ona  bu  işində  kömək  göstərir.  Tacir  Nəcəfə 
döndüyündən Qazini Məşhəddə gördüyünü faş edir. 
Qaziyə bunu deyəndə hədsiz əsəbləşir və deyir:  
Hamı  bilir  ki,  mən  Nəcəfdəydim,  heç  bir  yerə  səfər 
etməmişəm.
2
  
Nəcəf-Əşrəfin üləmalarından olan Məhəmmədrza Xalxali bu 
əhvalatı ətraflı nəql edib deyirdi: 
Həmin  tacir  Məşhəddən  Nəcəfə  dönəndə  öz  yoldaşlarına 
deyir: 
Pasportumda  problem  çıxmışdı,  polis  idarəsinə  getdim 
düzəlmədi.  Qayıtmaq  üçün  ağa  Qaziyə  müraciət  etdim  və 
pasportumu ona verdim. Qazi dedi: 
Sabah polis idarəsinə gedib pastortunu təhvil alarsan! 
Həmin  günün  səhəri  polis  idarəsinə  getdim,  idarədə 
pasportumda  düzəliş  aparmışdılar.  Pasportu  alıb  Nəcəfə 
döndüm. Həmin şəxsin dostları deyirlər:  
Ağa Qazi o vaxtı Nəcəfdə idi, heç yenə getməmişdi. 
 
1
 Rza Muxtari, “Simaye fərzaneqan”, səh. 80 
2
 Əllamə Hüseyn Hüseyni Tehrani, “Mehre Taban”, səh. 371 


 
107 
Həmin  adam  özü  durub  Qazinin  yanına  gedir  və  əhvalatı 
əvvəldən-axıra  kimi  nəql  edir.  Qazi  deyilənləri  inkar  edir  və 
deyir:  
Elə  şey  olmayıb.  Hamı  bilir  ki,  mən  Nəcəfdəydim,  heç  bir 
yerə  getməmişəm.  Həmin  tacir  qalxıb  Nəcəfin  böyük 
şəxsiyyətləri  və  üləmalarından  olan  Məhəmmədtəqi  Amoli, 
şeyx Əli Məhəmməd Bürucerdi və seyyid Əli Xalxalinin yanına 
gedir  və  əhvalatı  danışır.  Onlar  Qazinin  hüzuruna  gəlib 
məsələnin  nə  yerdə  olduğunu  soruşurlar.  Qazi  yenə  də  inkar 
edir.  Onlar  israrla  Qazini  vadar  edirlər  ki,  onlar  üçün  əxlaq 
dərsi  keçsin  və  islam  əxlaqından  dərs  desin.  O  zamanlar 
Qazini  tanıyan  çox  az  idi,  kimsənin  onun  əhvalı  və 
məqamından  xəbəri  yox  idi.  Nəhayət  Qazi  söz  verir  ki,  onlar 
üçün əxlaq dərsi müəyyən edəcək. 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin