110
Gecə yarı namazın ərşə çıxıb yüz bəlanı dəf etsin.
«Qəribə yuxu»
Ayətullah Zəncani yazır:
İnsanın ölümdən qurtulmasına səbəb olan yuxulardan birini
də Tehranın mötəbər üləmalarından biri Mirzə Məhəmmədəli
Şahabadi görmüşdür. O deyir:
Yuxuda gördüm ki, bir neçə nəfərlə bir yerdə oturmuşuq;
mənim yanımda da bir uşaq əyləşmişdi. Oturduğumuz yerdən
bir az aralı bir uçurum var idi. Mən qorxurdum ki, məbada
uşaq gedib ordan yıxılar.
Ətrafımdakı adamlarla söhbət edə-edə uşağa da göz
yetirirdim. İşin tərsliyindən uşaq gözümdən yayındı, onda
gördüm ki, uşaq uçurumdan yıxıldı.
Bu mənzərənin vəhşətindən yuxudan ayıldım. Qapını açıb
otaqdan çölə boylananda gördüm ki, balaca bir uşaq su
anbarının kənarında dayanıb. İstədim səslənib haraylayam ki,
geri qayıtsın, elə bu dəmdə uşaq su anbarının içinə yıxıldı. Tez
qaçıb uşağı quyudan çıxartdım. Əgər bir an gec oyanmış
olsaydım, yəqin ki, uşaq suda batıb öləcəkdi.
1
Dostları ilə paylaş: