−Алимләрин кәрамәтләри−


«İmam Zamanın xüsusi mərhəməti»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə100/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   96   97   98   99   100   101   102   103   ...   131
alim-keramet

«İmam Zamanın xüsusi mərhəməti» 
Şeyx Müctəba Qəzvini deyir: 
Rza şah zamanı üləmalara gün-güzaran vermirdilər − axund 
libasları,  əmmamə  qoymaq  qadağan  edilmiş,  rövzəxanlara 
rövzə  oxumağa,  dərs  deməyə  icazə  vermirdilər.  Biz  −  Mirzə 
Mehdi  İsfəhaninin  bir  qrup  şagirdləri gizlincə,  küçələrin  arası 
ilə dərsə gedirdik. Mirzə Mehdi İsfəhani arada bizə bir az pul 
da verirdi. 
Bir  gün  yenə  hərəmizə  bir  az  pul  verib  dedi:  Bu  mənim 
axırıncı  köməkliyimdir,  sizin  İmam  Zamanınız  var,  gedin 
ondan kömək istəyin, o sizin nemətinizin vəlisi və ağanızdır. 
Şeyx Müctəba Qəzvini deyir: 
Mənim  maddi  vəziyyətim  olduqca  ağırlaşdı,  çörəkçidən, 
baqqaldan,  əttardan  götürdüyüm  nisyə  mallar  yığışıb  30 
tümən  oldu.  Ağır  borcun  altında  artıq  dükandan  nisyə  alış-
veriş etməyə üzüm gəlmirdi. 
Bir  gün  əliboş  evə  qayıdıb  bir  kənarda  əyləşdim.  Anam 
vəziyyətimi başa düşüb dedi:  
Müctəba niyə narahatsan? Dedim: 
 Narahat deyiləm. Dedi:  
 
1
 Seyyid Nemətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 
5, səh. 398 


 
122 
Mən görürəm ki, narahatsan, məgər bizim İmam Zamanımız 
yoxdur? Məgər bizim sahibimiz bizi yaddan çıxara bilər? 
Anam  o  qədər  belə  sözlər  dedi  ki,  axır  mənim  halım  xarab 
oldu. 
Bütün  vücudumla  anam  deyən  sözləri  fikirləşirdim  ki,  −  biz 
yiyəsiz deyilik, İmam Zaman bizi görür, bizim hacətimiz onun 
əlindədir  −  elə  bu  vaxt  qapının  döyüldüyünü  eşitdim.  Gedib 
qapını  açdım,  gördüm  qoca  bir  kişidir.  Soruşdu  Müctəba 
sənsən?  Dedim  bəli,  mənəm.  Mənə  içində  pul  olan  balaca  bir 
kisə verdi və dedi:  
Bu sənə çatacaq. Bunu deyib çıxıb getdi. 
Evə  gəlib  kisənin  ağzını  açdım,  gördüm  mənim  borcumun 
miqdarından da bir az artıq pul var kisənin içində. Tez bazara 
gedib borclarımı qaytardım, bir az da bazarlıq edib evə gəldim 
və anamla birlikdə oturub çörək yedik. 
O gündən sonra nə almaq istəsəm, həmin kisədən bir az pul 
götürüb  ehtiyacım  qədər  xərcləyirdim,  amma  kisənin  pulu  öz 
yerində dururdu, qurtarmaq bilmirdi. 
Bir  müddət  güzəranım  bu  cür  keçdi.  Bir  gün  necə  oldusa 
dura  bilmədim,  əhvalatı  dostlarımdan  bəzisinə  danışdım. 
Bundan sonra pullar tamam oldu, o cür böyük nemət əlimdən 
çıxdı!! 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin