−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə101/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   97   98   99   100   101   102   103   104   ...   131
alim-keramet

«Ah-nalənin mükafatı» 
Bir  müddət  “Firdovs”un  imam  cüməsi  olmuş,  hal-hazırda 
Müqəddəs  Məşhəd  şəhərində  İmam  Rzanın  hərəminin 
salonlarından birində axşam namazlarına imamlıq edən cənab 
Hacı Əlizadə deyirdi: 
Şeyx  Müctəba  Qəzvini  Firdovsda  olduğu  illərdə  Məşhədə 
quraqlıq  gəldi.  Əkinçilik  və  heyvandarlıqla  məşğul  olan  ətraf 
 
1
 Əbdül-Cavad Qərəviyan, “Cilvehaye rəbbani”, səh. 25 


 
123 
kəndlərin  əhalisi  su  qıtlığından  əziyyət  çəkir,  əkinləri, 
heyvanları tələf olurdu. 
Biyabanlar  qurumuş,  arxlar  və  çeşmələrdə  su  azalmışdı. 
Xülasə  camaat  vəziyyəti  belə  görüb  Şeyx  Müctəbanın  yanına 
gedib xahiş edirlər ki, istisqa namazı qılsın. 
Çoxlu  isrardan  sonra  şeyx  Müctəba  deyir  ki,  mən  gərək  üç 
gün  otuc  tutam,  üçüncü  günü  hamı  birlikdə  gedib  istisqa 
namazı  qılarıq.  Üç  gün  oruc  tutandan  sonra,  üçüncü  günün 
axırı şəhərdən kənarda bir təpənin üstünə çıxıb istisqa namazı 
qılırlar. Namazdan sonra hamı günahlarına istiğfar edib duaya 
məşğul olur. 
Şeyx  Müctəba  dua  edə-edə  göz  yaşı  axıdır,  ah-nalə  çəkirdi, 
camaat  da  gözüyaşlı  amin  deyə-deyə  şeyxin  duasına  qulaq 
asırdılar. Hamının gözü asimana zillənmişdi. 
Dua  qurtarar-qurtarmaz  Allahın  rəhmət  buludları  göydə 
görsənməyə  başladı.  Çox  keçmədi  yağışın  ilk  damcıları 
camaatın  yanaqlarına  düşüb  göz  yaşlarına  qarışaraq 
süzülməyə  başladı.  Bu  dəfə  camaat  sevincdən  ağlayır,  Allaha 
həmd və şükür edirdi. Yağış get-gedə şiddətləndi, quru torpaq 
tez bir zamanda palçığa döndü; belə ki, camaat çətinliklə gilin, 
palçığın içindən keçib özlərini zorla evlərinə çatdırırlar. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin