−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə106/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   102   103   104   105   106   107   108   109   ...   131
alim-keramet

«Ölümdən xəbər» 
Seyyid  Əhməd  Müdərris  Yəzdi təqribən  10  il  bundan  qabaq 
vəfat etmişdir. O, həmişə ailəsinə deyərdi ki, mən 1392-ci (h.q.) 
ildə  vəfat  edəcəyəm  və  bu  sözü  ona  yuxuda  deyilmiş  xəbərə 
əsasən  söyləyirdi.  O,  özü  bu  yuxusuna  çox  inanırdı.  Hər  il 
keçdikcə ömrünün qalan illərini hesablayır, evdəkilərə deyirdi. 
1392-ci  ildə  sap-sağlam  olmasına  baxmayaraq,  bu  xəbəri  tez-
tez yada salırdı və hətta həmin ilin baharında ağaclar yaşıl don 
geyinəndə,  evin  həyətindəki  tut  ağacı  bar  gətirəndə  ağaca 
baxıb deyirdi: Bu il mən bu tutdan yeyə bilməyəcəm. 
 
1
 Seyyid Həsən Əbtəhi, “Pərvaze ruh”, səh. 177 


 
128 
O  deyən  kimi  də  oldu.  Gözlənilmədən  qulunc  xəstəliyinə 
mübtəla  oldu  və  yorğan-döşəyə  düşdü.  Ustad  Yəzdiyə  böyük 
inamı  olan  həkimlərdən  biri  ona  baxdıqdan  sonra 
apandisitində  problem  olduğunu  və yeganə ümidin  cərrahiyə 
əməliyyatı aparılmasını dedi. 
Ustadı Məşhəddəki İmam Riza  adına xəstəxanaya apardılar. 
Özünün  və  böyük  oğlunun  icazəsi  ilə  cərrahiyyə  əməliyyatı 
aparıldı  və  yaxşı  da  nəticə  hasil  oldu.  Amma  bir  gün  sonra 
gözlənilmədən qan təzyiqi yuxarı qalxdı və səhərə yaxın ruhu 
göylərə  uçdu.  Cənazəsi  İmam  Rizanın  hərəmi  yaxınlığında 
torpağa tapşırıldı. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin