«Daşın arifin əlində paralanması» Şeyx Qulamrza Əlinur mənə (müəllifə) nəql edirdi ki, həzrət
Ayətullah Vicdani deyirdi:
İllərin birində aşura günü, günortadan sonra qəbir əhlini
ziyarət üçün “Qumun yeni qəbiristan” deyilən qəbiristanlığına
getdim. Fatihə oxuyub ziyarət edəndən sonra gözüm
qəbiristanlığın bir küncündə ziyarətə məşğul olan Əllamə
Təbatəbaiyə sataşdı. Yaxına gedib salaməleyk etdim.
Əllamə bir neçə dəfə yanıqlı halda mənə dedi:
Cənab Vicdani, bu gün hansı gündür? Dedim:
Aşura günüdür. Dedi:
Heç görə bilirsənmi bu günü bütün mövcudat − yer, göy,
daşlar, otlar şəhidlər ağası imam Hüseynə göz yaşı axıdır?
Mən onun bu sözlərindən təəccüblənib lal-mat qaldım.
Anladım ki, varlığın həqiqətindən xəbər verir.
Bu halda Əllamə Təbatəbai əyilib yerdən bir daş parçası
götürdü və daşı əli ilə alma kimi ortadan iki yerə böldü.
Paralanmış daşı mənə sarı uzadıb nişan verəndə heyrətimdən
quruyub qaldım. Gördüm daşın arasından qan süzülür. Bir
müddət heyrət içində daşa tamaşa etdim.
Özümə gələndə artıq Əllamə qəbiristanlıqdan çıxıb getmişdi.