«Bir saat sonra öləcəyəm» Tanınmış arif seyyid Haşım Həddadın ölümü barədə qızı
Fatimə və nəvələri seyyid Abbas və seyyid Musa belə nəql
edirlər ki:
1
Məhəmməd Razi, “Kəramate Salehin”.
141
Ölümünə az qalmış seyyid Haşim Həddadı Kərbəla
xəstəxanasında yatırdırlar. Xəstənin xüsusi həkimi doktor
seyyid Məhəmməd Şəruqi idi. Ramazan ayının 12-ci günü
qürub çağına üç saat qalmış ağa Həddad deyir ki, məni
xəstəxanadan çıxarıb evə aparın, seyyidlər evə yığışıb məni
gözləyirlər.
Doktor etiraz edib deyir ki, sizi heç yerə buraxmaq olmaz.
Ağa Həddad doktora deyir:
Səni and verirəm anam Fatimeyi Zəhraya, icazə ver mən
gedim, bir saatdan sonra mən bu dünyadan köçəcəyəm.
Doktor əlacsız qalıb icazə verir və xəstənin yaxınlarına deyir,
hələlik halı yaxşıdır, bu tezlikdə ölən deyil.
Seyyid Haşim Həddad həmin anda qalxıb evə gəlir. Evə
çatanda görür bacanağı hacı Səməd Dəllalın oğlanları evdə
oturub onu gözləyirlər.
Hacı Səmədin oğlanları gəlməklərinin səbəbini bildirib
deyirlər ki, “İnna sənulqi əleykə qəvlən səqilən” ayəsinin
mənasını soruşmağa gəlmişik. Bu ayədə “qəvlən səqilən”
dedikdə nə nəzərdə tutulur?
Seyyid Haşim Həddad sualın cavabında buyurur: “La Huvə
illa Hu”. Bunu deyib evdəkilərdən hazır xına istəyir və ərəb
cavanları adəti üzrə toy günü əllərinə və ayaqlarına xına
bağladıqları kimi, xınayaxma mərasiminə uyğun olaraq
Həddad da ayaqlarına və əllərinə xına bağlatdırır. Sonra
evdəkilərə işarə edir ki, otağı xəlvət edin.
Bu halda üzü qibləyə uzanır. Bir az keçmiş içəri girib
görürlər ki, canını Allaha təslim etmişdir.
Doktor seyyid Məhəmməd Şəruqi deyir:
Seyyid Haşım mənə deyəndə ki: bir saat sonra öləcəyəm,
mən həmin dəqiqələrdə onun evinə yollandım ki, görüm
142
məsələ nə yerdədir. İçəri keçib gördüm üzü qibləyə uzanıbdır.
Nəbzini tutdum, gördüm artıq dayanmışdır.
1