17
aş yedirtdi ki, çox dadlı və ləziz idi və beləsini heç vaxt
yeməmişdim.
Bu hadisədən bir xeyli keçəndən sonra Xorasana ziyarətə
getdim. Nişaburda ev sahibi mənim üçün aş gətirdi. Mənə elə
gəldi ki, bu, yuxuda daddığım aşdandır. Ev yiyəsindən
soruşdum ki, bu nə aşdır belə? Dedi ki, bu şəhərdə buna
Fatimə aşı deyirlər. Yadıma düşdü ki, yuxuda aşı yedikdən
sonra, anam Fatimə (ə) mənə dedi:
Cəddinin ziyarətinə getmək istəyirsənmi? Ərz elədim:
Bu mənim son arzumdur. Sonra Həzrət Zəhra (ə.h.) ilə bir
evə daxil olduq. Mən qapıda dayanıb gördüm ki, Peyğəmbər
(s) evin yuxarı başında və Əmirəlmöminin (ə) qapının
qabağında əyləşib. Mən salam verdim. Həzrət buyurdu:
Əyləş. Öz-özümə fikirləşdim ki, evin hər hansı yerində
əyləşsəm Əlinin (ə) yerindən yuxarı olacaq. Odur ki, evin
küncündə əyləşdim. Həzrət Peyğəmbər (s) təbəssüm edib dedi:
Övladım, sənin fikir və düşüncən savabdır. O zaman
Peyğəmbərdən (s) bir neçə sual soruşdum ki, hamısına cavab
verdi. Mirzə dedi:
Soruşduğun suallar nə haqda idi? Seyyid dedi:
Onları heç kimə deməyəcəyəm. Mirzə Hər nə qədər israr
etdisə də, Seyyid heç nə demədi.
1
Dostları ilə paylaş: