−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə120/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   116   117   118   119   120   121   122   123   ...   131
alim-keramet

«Dostla birlikdə» 
Rəhmətlik  Ayətullahül-üzma  Mərəşi  Nəcəfi  dəfələrlə  İmam 
Zamanın  görüşünə  nail  olmuşdur.  Biz  burda,  nəql  olunan 
hekayələrdən ancaq birini yad edəcəyik. 
Mərəşi Nəcəfi deyirdi: 
Samirrada  yaşadığım  əyyamlarda  bir  gün  axşam  həzrət 
seyyid Məhəmmədi ziyarət etmək üçün Samirradan çıxıb yola 
düzəldim və yolda azdım. 
Yolun  yorğunluğu,  susuzluq  və  aclıq  bir  tərəfdən,  o  biri 
tərəfdən  də  səhranın  isti  küləyi  məni  taqətdən  salıb  həyata 
ümidimi üzdü. Bihuş olub isti qumlar üzərinə yıxıldım. 
Özümə  gəlib  gözlərimi  açanda  başımı  bir  nəfərin  dizi  üstə 
gördüm. 
Həmin 
adam 
kuzəni 
mənim 
dodaqlarıma 
toxundurub  su  içməyimə  kömək  edirdi.  İndiyə  qədər  bu 
lətafətdə,  bu  sərinlikdə  su  dilimə  dəyməmişdi.  Su  içdikdən 
sonra  süfrə  salındı.  Süfrədə  iki  üç  girdə  ətirli  çörək  var  idi. 
Çörəyi yedikdən sonra həmin ərəb kişi mənə dedi: 
−Yaxınlıqda bir arx var, gedib orda yuyuna bilərsən. Dedim:  
Bu  ətrafda  arx-filan  yoxdur,  əgər  olsaydı  mən  susuzluqdan 
bu hala düşməzdim. 
Həmin ərəb dedi: 
 Bu ətrafında axan su deyil, bəs nədir? Bu söz onun ağzından 
çıxar-çıxmaz  gördüm məndən  bir  az  kənarda  səfalı  suyu  olan 
bir arx uzanıb gedir. Bunu görəndə daha çox təəccübləndim ki, 
necə olur, mənim kənarımdan şarıl-şarıl su axıb getsin, mən isə 
bir qurtum sudan ötəri az qala həlak olacaqdım. 
Həmin ərəb sonra məndən soruşdu: 
Səfərin  haradır?  Dedim  Seyyid  Məhəmmədin  hərəmini 
ziyarətə  gedirəm.  Həmin  şəxs  bu  sözlərimi  eşitcək  əli  ilə  yan 
tərəfə işarə edib dedi: 
 Bu da seyyid Məhəmmədin hərəmi. 


 
144 
Baxıb 
gördüm 
seyyid 
Məhəmmədin 
məqbərəsinin 
yaxınlığındayam.  Halbuki  mən  Qadisiyyə  deyilən  yerdə  yolu 
itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında 
böyük bir məsafə var. 
Həmin  ərəblə  yol  boyu  söhbətimizdə  çoxlu  mühüm 
məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi. 
O  cümlədən  Qurani-Məcidi  tilavət  etməyi,  Quranın  təhrif 
olduğunu  inkar  etməyi,  valideynə  hörmət,  seyyidlərə  ehtiram 
etməyi,  müqəddəs  məkanlara  və  imamzadələrin  ziyarətinə 
getməyi,  gecə  namazı  qılmağı,  Həzrət  Zəhranın  (ə)  təsbihinin 
zikri  və  şəhidlər  ağası  Həzrət  İmam  Hüseynin  ziyarətini 
təkidlə tapşırdı. 
Bu  arada  birdən  ağlımdan  keçdi  ki,  ey  dili-qafil,  olmaya  bu 
adam imam Zaman ola? 
Bu  fikri  ağlımdan  keçirməklə  gözlənilmədən  həmin  şəxs 
gözlərim önündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola 
onu tanıya bilmədiyimə çox təəssüfləndim. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin