145
gecə saat ikiyə yaxın İsfəhandan müsafir avtobusu gəlib
hərəmin qarşısında saxladı ki, müsafirləri endirsin.
Mən yaxınlaşıb sürücüyə dedim:
Maşını burda niyə saxlamısınız? Sürücü vəsiqənizi göstərin.
Sürücü bir beş tümənlik ovcuma basıb üzürxahlıq elədi. Mən
də ona tez çıxıb getməsinə göstəriş verib öz-özümə dedim:
“Hamam pulu da düzəldi.”
Gözlədim ki, səhərə yaxın hamam açılsın, gedib qüsul alıb
namaz qılam.
Hərəmin qapısı hələ açılmamışdı ki, gördüm Ayətullah
Mərəşi həmişəki kimi hərəmə tərəf gedir. Amma həmin gecə
yolunu dəyişib xiyabanın bu tərəfinə keçdi və mənim yanıma
gəldi.
Çatan kimi salam verib dedi:
“İrəli gəl!” Qabağa getdim. Beş tümən mənə uzadıb dedi:
Bu pulla get qüsul al, o pul qüsul almağa yaramaz. Dedim:
Göz üstə! O gecəki hadisədən sonra bu qərara gəldim ki,
polis idarəsindən çıxıb azad bir işlə məşğul olum. Belə də
oldu... İndi əlhəmdülillah vəziyyətim çox yaxşıdır, Məkkəyə
də getmişəm.
1
Dostları ilə paylaş: