146
Bir gün belə məclislərin birində ona dedim:
Mənə bir şey öyrədin, yerinə yetirmək üçün bir əməli tapşırıq
verin.
O mənə əməli bir tapşırıq verib dedi:
Qırx gün bu tapşırığa əməl edərsən.
Mən o gündən həmin əməli yerinə yetirməyə başladım. Elə
ki, qırxıncı gün başa çatdı, məndə mükaşifə halı yaranmağa
başladı və mən bütün hadisələri, həyatımla bağlı olacaqları, öz
gələcəyimi müşahidə etməyə başladım. Gördüm minbərdə
oturub dərs deyirəm; öz mənzilimdə oturmuşam və camaat
mənim evimə get-gəl edir. Camaat namazı qılmağımı, o
camaatın müxtəlif məsələlərə görə mənə müraciətini və
özümlə bağlı cürbəcür halları bir aynada görürmüş kimi seyr
edirdim. Nəhayət bu tamaşanın bir yerində birdən eşitdim ki,
kimsə güldəstənin yuxarı hissəsində uca səslə elan edib deyir:
İnna lillah və inna ileyhi raciun! Ey camaat məlumunuz olsun
ki, Ayətullah Xoyi dünyadan köçdü.
Mükaşifənin bu yerində həmin haldan çıxıb adi hala
qayıtdım.
Kitabın müəllifi əlavə edir:
Yuxarıda nəql olunan əhvalatı mən seyyid Məhəmməd Rza
Gülpayqaninin vəfatı ilə bağlı cümə axşamlarından birində
olarkən seyyid Abdullah Fatiminiya cənablarının dilindən də
eşitmişdim.
Dostları ilə paylaş: