«Xalis incilər silsiləsindən» İmam Sadiq (ə) buyurur: Camaat əgər Allah-təalanın
mərifətinin fəzilətini tanısaydılar, dünya əhlinin əlində olan
dünyəvi mətaha göz dikməzdilər. Nəinki göz dikməzdilər,
hətta onların dünyası bunların üstünə ayaq basdıqları şeydən
də əskik və kiçik olardı. Bu halda ilahi mərifət nemətinə çatar
və behişt gülzarında Allah övliyaları ilə həmsöhbət olmaqdan
ləzzət alan kəsin ləzzəti onun nəsibi olar.
Həqiqətən də Allah mərifəti hər vəhşətin munisi, hər
tənhalığın rəfiqi, hər zülmətin nuru, hər zəifliyin gücü, hər
dərdin şəfasıdır.
2