«Yanğından nicat tapma» Bu hadisə də çox isti yay mövsümündə baş vermişdir. Həmin
vaxt elə bil göydən alov tökülürdü. Göyün üzündə buluddan
heç bir əsər-əlamət yox idi və yağış fəsli də deyildi.
Müfti Abbas evin üstündə bir neçə tələbəyə dərs deyirdi.
Onun ailəsi də həmin evdə idi və pilləkənin altında qamışdan
tikilmiş çox balaca bir ev var idi. Birdən həmin qamış ev
yanmağa başladı. Alov çox sürətlə pilləkənlərə və evin damına
qalxdı. Hər yeri alov bürümüşdü.
Aşağı düşməyə başqa bir yol yox idi. Alovun istisindən və
tüstüsündən hamı boğulmaq üzrə idi. Aşağı mərtəbədən
qadınların şivən səsi eşidilirdi. Məlum idi ki, hamı yanğından
həlak olacaq. Elə bu vaxt Müfti asimana tərəf baxdı. İki əlini
göyə qaldırıb, göz yaşları tökərək dua etməyə başdadı. Duanı
qurtarmamışdı ki, göyün üzündə bir bulud parçası göründü.
Düz yanğın baş verən evin üstündə yağış yağmağa başladı. O
qədər yağdı ki, yanğın söndü və mənzildə olanların hamısı
qəti ölümdən nicat tapdılar.
Bir müddətdən sonra yağış dayandı. Qəribə orasıdır ki,
yanğın baş verən mənzilin ətrafındakı evlərə hətta bir damla
da yağış yağmamışdı. Bu kəramət səfər ayının 15-i 1274-cü
hicri ilində, həftənin birinci günü baş vermişdir.