«Ölüm mələyi İmamın əmrinə tabedir»
Ayətullah Cəzayiri deyir ki:
Uşaq vaxtı əlacsız bir xəstəliyə tutulmuşdum və halım çox
pis idi. Artıq ölüm əlamətləri məndə görünürdü. Bu elə bir
vaxtda idi ki, Kazimeyndə çoxlu möcüzələr baş verir və hər
gün yüzlərlə xəstə şəfa tapırdı.
Anam gedib evindəki hüseyniyyədə fəryad etdi:
1
“Tarixe Abbas” (təcəlliyat), 2-ci cild, səh. 27
152
Ey Musa ibn Cəfər, Babul-həvaec (dərdlərin dərmanı). Sizin
kəramət və möcüzələriniz təkcə sizin hərəminizə aiddirmi?
Edə bilməzsiniz ki, Hindistana gəlib mənim ölüm ayağında
olan uşağıma şəfa verəsiniz? Bunu deyərək özünü döyüb
ağlayırdı.
Atam Müfti Seyyid Məhəmməd Əli Cəzayiri deyir:
Həmin vaxt mən yuxuda gördüm çox hündür və uca boylu
ayağı yerdə, başı isə göylərə dəyən bir şəxs mənim yatağıma
tərəf gəlir. Dedim:
Siz kimsiniz? Dedi:
Mən ölüm mələyiyəm, gəlmişəm bu uşağı özümlə aparam.
Dedim:
Məgər anasının fəryad səsini eşitmirsən? O bu uşağı Babul-
həvaicə zəmanət verib. Dedi:
Artıq faydası yoxdur. Çünki ömrü sona yetib.
Elə bu vaxt mən əl-ayağa düşüb, özümü itirdim. Yuxuda
çağırdım: Ey Musa ibn Cəfər! Ey Babul-Həvaec! Bizim
dadımıza çat! Elə həmin vaxt gördüm ki, bir nurani şəxs
mənim yatağımla Ölüm mələyi arasında göründü. Ölüm
mələyi onu görən kimi yerində dayanıb, salam verdi. Həmin
nurani şəxs dedi:
Nə üçün gəlmisən?
Ölüm mələyi dedi:
Bu uşağı qəbze-ruh etmək üçün. Çünki ömrü sona çatıb.
Dedi:
Qayıt, çünki mən Allah-təaladan bu uşaq üçün artıq ömür
istəmişəm.
Bu yuxudan sonra atam yuxudan oyandı. Amma anam hələ
də hüseyniyyədə ah-nalə edirdi. Anamı çağırıb dedi:
Gəl uşağına bax, indi Babul-həvaec gəlib ona şəfa verdi.
Üzümə örtülən parçanı çəkəndə məni qıvraq və sağlam
gördülər. Üz-gözümün rəngi açılmış və halım yaxşılaşmışdı.
|