−Алимләрин кәрамәтләри−


«Övladımın ölümünü yetir»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə16/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   12   13   14   15   16   17   18   19   ...   131
alim-keramet

«Övladımın ölümünü yetir» 
Fəthəli şah Qacarın Mirzə Qumiyə böyük hörməti vardı. Hər 
dəfə  Quma  gələndə,  Mirzəni  də  ziyarət  edərdi.  Mirzə  də 
əlacsız  qalıb  onunla  həmsöhbət  olardı.  Əlbəttə,  həmişə  ona 
nəsihət edərdi. Bir gün Mirzə, Fəthəli şahın uzun saqqalına əl 
çəkib dedi: 
Ey  padşah,  elə  iş  görmə  ki,  qiyamət  günü  bu  saqqalın 
cəhənnəm  odunda  yansın.  Həmin  görüşdə  Fəthəli  şah  gördü 
ki,  çox  ədəbli  bir  cavan  onlar  üçün  çay  gətirdi.  Mirzədən 
soruşdu: 
 
1
 Məhəmməd Razi, “Kəramate Salehin”, səh. 241 
2
 Mirzə Mahmud Əraqi, “Darul İslam”, səh. 556 


 
24 
Bu cavan oğlanın sizinlə nə nisbəti var. Mirzə dedi: 
Oğlumdur.  Fəthəli  şah  cavan  oğlanın  camal  və  kamalına 
heyran qalmışdı. Mirzəyə dedi: 
Mənim  də  bir  qızım  var.  İstəyirəm  sənin  oğluna  verəm. 
Mirzə dedi: 
Mənim sizinlə qohum olmağım düzgün deyil. Bu istəyindən 
vaz keç. Fəthəli şah israr edib dedi: 
Gərək bu iş baş tuta. Mirzə çarəsiz qalıb dedi: 
Elə  isə  bizə  bir  gecə  möhlət  ver  ki,  fikirləşək.  Fəthəli  şah 
onlara bir gecə möhlət verdi. 
Həmin  axşam  gecəyarısı  Mirzə  gecə  namazı  qılmaq  üçün 
yuxudan oyandı. Namazın əvvəlində belə ərz elədi: 
İlahi!  Mən  çox  yaxşı  bilirəm  ki,  əgər  bu  əlaqə  baş  tutsa,  elə 
bilirəm  sənə  olan  məhəbbətim  azalsın.  Əgər  bu  işin  vəslətin 
zərəri olacaqsa onda övladımı öldür. 
Gecə namazının ikinci rəkətində ikən arvadı gəlib dedi: 
Oğlun  bərk  sancılanıb.  Namazın  dördüncü  rəkətində  yenə 
arvadı gəlib dedi: 
Oğlunun  halı  çox  pisdir.  Nəhayət  namazın  on  birinci 
rəkətində  oğlunun  ölüm    xəbərini  verdilər.  Mirzə  Qumi 
namazdan  sonra  şükür  səcdəsi  etdi.  Bu  çıxılmaz  vəziyyətdən 
nicat taparaq şahın onlarla heç bir rabitəsi baş tutmadı. 
Maraqlısı  bu  idi  ki,  Mirzə  Qumi  şaha  da  belə  bir  məktub 
yazdı: 
Sənə  olan  azacıq  məhəbbət  və  rabitəmi  də  kəsdim  və  sənə 
nifrət  edirəm.  Özüm  də  çərşənbə  bu  dünyadan  köçəcəyəm. 
Məktubu möhürləyib şaha göndərdi. 
Təsadüfən məktub çərşənbədən əvvəl Fəthəli şaha çatdı. Əmr 
etdi ki, tez faytonu hazırlasınlar. Özünü Tehrandan tez Quma 
çatdırmaq  istəyirdi  ki,  bəlkə  Mirzə  ilə  görüşə  bildi.  Qumun 
Əliabad kəndinə çatanda Mirzə Quminin vəfat xəbərini eşitdi. 
Əmr etdi ki, Quma çatmamış cənazəni dəfn etməsinlər. Özünü 


 
25 
Mirzə  Quminin  cənazəsinin  başı  üzərinə  çatdırıb  ağlamağa 
başladı. Şah dedi: 
Ay  Mirzə,  sən  məni  rədd  etdin,  amma  mən  səni  çox 
istəyirdim. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin