−Алимләрин кәрамәтләри−


«Xalis incilər silsiləsindən»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə17/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   13   14   15   16   17   18   19   20   ...   131
alim-keramet

«Xalis incilər silsiləsindən» 
İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Allah-taala  mərifət  və 
agahlıq  üzündən  olmayan  əməli  qəbul  etməz  və  mərifət  də 
əməlsiz  olmaz.  Deməli  kimin  mərifəti    olsa,  ona  əməlində  bir 
bələdçi olacaqdır. Kim əməl etməzsə, mərifəti yoxdur. Bilin ki, 
imanın hissələri biri digərindən asılıdır!”  
«Həqiqi sərraf» 
Günlərin birində zahid alim, təqva və kəramət sahibi, şiənin 
fəxri  Molla  Mehdi Mollakitab  Nəcəf-Əşrəfdə  həzrət  Əlinin  (ə) 
hərəminin həyətində bir qrup tanışları ilə birgə oturmuşdu. Elə 
bu  zaman  Şeyx  Cavad  Amuli  çox  narahat  halda  gəlib  onların 
kənarında  oturdu.  Molla  Mehdi  ondan  narahat  olmasının 
səbəbini soruşanda dedi: 
Bazarda  bir  dükançıya  6  tümən  borcluyam  və  bu  gün  çox 
kobud bir tərzdə məndən öz borcunu istədi. Amma mənim isə 
borcu qaytarmağa pulum yoxdur. Şeyx dedi: 
Narahat  olma,  borcunu  mən  ödəyərəm.  Orada  olanlar 
bilirdilər ki, Şeyxin pulu yoxdur və zarafatla dedilər: 
Haradan  ödəyəcəksən?  Ya  da  ki,  o  yəhudi  sərrafın  yanına 
göndərə bilərsən. Dedi: 
Onu  əsil  sərrafın  yanına  göndərirəm.  Ey  Şeyx  Cavad,  səni 
Əmirəlmömininə (ə) tapşırdım. Get o məbləği Həzrətdən al. 
 
1
  Məhəmməd  Məhəmmədi  İştəhardi,  “Dastanha  və  pəndha”,  c.  3, 
səh. 50 


 
26 
Şeyx  heç  vaxt  bihudə  və  hədər  söz  danışmadığı  üçün,  Şeyx 
Cavad  qəbul  etdi.  Ayağa  qalxıb  hərəmə  yollandı.  Bir  az 
keçməmiş içində 6 tümən (30 şami) olan pul kisəsiylə qayıtdı. 
Dedi:  
Hərəmə daxil olub ərz elədim: 
Ey  Əmirəlmöminin,  mən  ziyarətə  gəlməmişəm.  Məni  Şeyx 
Mehdi sizin hüzurunuza göndərdi və 6 tümən üçün gəlmişəm. 
Sonra mübarək zərihi öpüb, neçə addım atmışdım ki, bir şəxs 
məni çağırıb dedi: 
Al, bu Şeyxin tapşırdığı məbləğdir. Çox təəccüblü və heyran 
halda  onu  aldıqdan  neçə  saniyədən  sonra  ətrafa  baxdıqda 
daha onu görmədim. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin