−Алимләрин кәрамәтләри−


«Dostun diyarına gedən yol»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə18/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   14   15   16   17   18   19   20   21   ...   131
alim-keramet

«Dostun diyarına gedən yol» 
Şeyx  Mehdi  Mollakitab  ömrünün  sonuncu  ilində  Həccə 
getmək  arzusuna  düşdü.  Ona  dedilər  ki,  yaxşısı  budur 
Kərbəlaya  gedin.  Ərəfə  günü  İmam  Hüseynin  (ə)  hərəmində 
olmaq həccin savabından yüksəkdir. O dedi: 
İki  şeyə  görə  həccə  getmək  istəyirəm.  Birincisi,  əgər  birdən 
həccə  gedəndə  ya  qayıdanda  vəfat  etsəm  Allah-taala  məni 
behişt  bağına  daxil  edər.  Həmin  bağ  Məkkə  yolunda  vəfat 
edənlərə məxsusdur. İkincisi, bəlkə Həzrət Sahibəzzəmanla (ə) 
birlikdə olmaq iftixarı  mənə nəsib oldu. 
Məlum  olduğu  kimi  İmam  Zaman  (ə)  hər  il  həcc 
mərasimində  iştirak  edir.  Şeyx  bir  qrup  xas  adamlarla,  o 
cümlədən Seyyid Hüseyn Nəhavəndi, şeyx Məhəmməd Ubudi 
və  digər  fazil  alimlərlə  Məkkəyə  yola  düşdü.  Məkkədən 
qayıdanda  Şeyx  Mehdi  Mollakitab  Nəcd  ərazisində  vəfat  etdi 
və  az  bir  fasilə  ilə  Seyyid  Hüseyn  də  dünyasını  dəyişdi. 
Karvandakılar  cənazələri  Nəcəf-Əşrəfə  aparmaq  istədikdə 
xəbis karvanbaşı bu işdən xəbərdar olub bunu Nəcdin şeyxi və 
 
1
 Şeyx Abbas Qumi, “Fəvaidur-rəzəviyyə”, səh. 685 


 
27 
Vəhhabilərin  böyüyü  İbn  Səuda  xəbər  verdi.  Vəhhabilər 
cənazəni  bir  yerdən  başqa  yerə  aparmağı  bidət  saydıqları 
üçün,  cənazəni  Nəcəfə  aparmaq  istəyənlər,  məmurlar  gəlib 
çıxmamış, şeyx Mollakitabın və Seyyid Hüseyn Nəhavəndinin 
cənazələrini  elə  Nəcd  ərazisində  dəfn  etdilər.  Qəbirlərin 
üstünü  hamarlayıb,  izi  itirsələr  də,  buna  görə  çox  narahat 
oldular. 
Səhəri gün şeyx Məhəmməd onlara dedi: 
Narahat olmayın, mən öz gözümlə gördüm ki, dünən axşam 
cənazələr Nəcəf-Əşrəfə aparıldı. Dedilər: 
Nə gördün? Şeyx Məhəmməd dedi: 
Dünən  gecədən  bir  az  keçmiş  olardı  ki,  siz  yatmışdınız. 
Amma  mən  oyaq  idim  və  ocağın  yanında  oturub  qızınırdım. 
Birdən,  Şeyxin  qəbrinin  yanında  bir  dəstə  atlı  gördüm. 
Soruşdum: 
Nə iş üçün gəlmisiniz? Dedilər: 
Gəlmişik  Şeyxi  Əmirəlmömininin  (ə)  qonşuluğuna  aparaq. 
Sonra gördüm ki, Şeyx də atlıdır və onlarla gedir. Mən onların 
ardınca düşüb dedim: 
Mən də sizinlə gəlim. Dedilər: 
Qayıt,  olmaz.  Onlar  Nəcəf-Əşrəfə  yollandılar.  Mən  bir  neçə 
addım atandan sonra, Şeyx mənə üz tutub dedi: 
Geri  qayıt,  hələ  sənin  bizimlə  gəlmək  vaxtın  çatmayıb. 
Amma  narahat  olma,  sevin  ki,  səni  də  ayın  3-də  cümə  günü 
Əmirəlmömininin (ə) hərəminə gətirəcəklər. 
 Qayıtdım və atlıların arasında dünyadan köçmüş alimlərdən 
Seyyid  Sadiq  Fixam  və  başqalarını  da  gördüm  ki,  mən  onları 
tanıyırdım.  Sözümün  doğruluğunun  əlaməti  də  budur  ki, 
mənə  xəbər  verdikləri  kimi,  ayın  3-də  cümə  günü  vəfat 
edəcəyəm.  Onun  dediyi  kimi  də  oldu.  Həmin  təyin  olunmuş 
gün çatanda Şeyx Məhəmməd Ubudi vəfat etdi. 
1
 
 
1
 Həmin mənbə, səh. 684 


 
28 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin