33
Niyə bunu arzulamısan (istəmisən)? Dedi:
Bir istək idi ki, qəbul da olub. Şeyx oturub Seyyidlə bir az
söhbət etdikdən sonra qalxıb getdi. Ertəsi gün Şeyx tədrisini
(dərsini) qurtarandan sonra dedi:
Deyirlər Hacı Seyyid Əli xəstədir. Tələbələrdən kim onun
əyadətinə getmək istəyirsə, mənimlə gəlsin. Şeyx minbərdən
aşağı enib bir dəstə tələbəylə Seyyidin evinə getdi.
Şeyx evə daxil olanda xəbərsiz adam kimi Seyyidin halını
soruşmağa başladı. Mən istədim deyəm ki, ey Şeyx, dünən
axşam siz buradaydınız və Seyyidin halından da xəbəriniz var.
Birdən Seyyid barmağını dodağının üstünə qoyaraq mənə
işarə etdi və mən də susub heç nə demədim.
Seyyidin halı yaxşılaşdı və Şeyx vəfat edənə qədər sağ qaldı.
Şeyxin vəsiyyət etdiyi kimi onun cənazəsinə atam meyyit
namazı qıldı.
1
Dostları ilə paylaş: