−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə30/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   26   27   28   29   30   31   32   33   ...   131
alim-keramet

«İzsiz şəxsiyyət» 
Əllamə Təbatəbai buyurur: 
Təqribən  yüz  il  əvvəl  Şüştər  şəhərində  tanınmış  və  hamının 
(ümum  camaatın)  müraciət  etdiyi  qazi  Seyyid  Əli  Şüştəri 
(vəfatı 1282 q.) adında bir alim var idi. Digər alimlər kimi o da, 
tədris  və  mərcəiyyətlə  məşğul  idi.  Günlərin  birində  evinin 
qapısı  qəfildən  döyülür  və  qapının  arxasından  kimin 
olduğunu soruşanda, naməlum şəxs deyir:  
Aç qapını, bir nəfərin səninlə işi var. Mərhum Ağa Seyyid Əli 
qapını açanda, bir toxucu kişini görüb, soruşur:  
Nə işiniz var? Toxucu kişi deyir:  
Filan mülkün filankəsin olduğu hökmünüz düzgün deyil. O 
mülk  yetim  bir  uşağındır  və  sənədi  də  filan  yerdə  basdırılıb. 
Seçdiyiniz bu yol düzgün deyildir. Ayətullah Şüştəri soruşur:  
Məgər mən səhvmi eləmişəm? Toxucu kişi deyir:  
Söz elə mən deyən kimidir. Bunu deyib gedir. 
 Ayətullah  Şüştəri  çox  fikirləşdi  ki,  bu  şəxs  kim  idi  və  nə 
dedi.  Araşdırdıqdan  sonra  məlum  oldu  ki,  toxucu  kişinin 
 
1
 Həmin mənbə, səh. 133 


 
39 
dediyi  yerdə  həmin  yetim  uşağın  mülkünün  sənədi  basdırılıb 
və o mülkün filan şəxsin olduğu haqda şahidlərin israrı yalan  
imiş.  
Ayətullah Şüştəri toxucu kişinin sözlərindən sonra dərindən 
fikirləşir  ki,  bəlkə  elə  indiyə  qədər  bəzi  məsələlər  haqda 
verdiyi hökm və fətvalar səhv imiş. Bütün vucudunu vəhşət və 
qorxu hissi bürüyür. Sabahı gün toxucu kişi axşam yenə həmin 
vaxt qapını döyüb deyir:  
Ey  Seyyid  Əli  Şüştəri,  tutduğunuz  bu  yol  düzgün  deyildir. 
Üçüncü  gecə  də  həmin  əhvalat  təkrarlanır  və  bu  dəfə  toxucu 
kişi Ayətullah Şüştəriyə deyir: Yubanmadan tez ev əşyalarınızı 
yığın  və  evinizi  də  satıb  Nəcəfə  gedin.  İndi  sizə  tapşırdığım 
işləri 
yerinə 
yetirin 
və 
altı 
aydan 
sonra 
Nəcəfin 
“Vadiüssəlam”ında məni gözləyin. 
Mərhum Şüştəri yubanmadan ona verilən tapşırıqları yerinə 
yetirməyə  başlayır.  Lazım  olan  ev  əşyalarını  götürüb  Nəcəf 
şəhərinə yollanır. 
Təyin  olunmuş  gün  dan  yeri  söküldüyü  zaman  Nəcəf 
şəhərinə  daxil  olanda  Vadiüssəlamda  həmin  toxucu  kişini 
görür.  Elə  bil  su  kimi  qaynayaraq  yerdən  çıxıb,  onun 
qarşısında zahir olur və bəzi tapşırıqlar verib yenə qeyb olur. 
Mərhum Şüştəri Nəcəf-Əşrəfə daxil olub, toxucu kişinin ona 
tapşırdıqları  işləri  yerinə  yetirdikdən  sonra  elm  sahəsində  elə 
bir dərəcə və məqama çatır ki, dillə onu bəyan etmək çətindir. 
Mərhum  Şüştəri  hörmət  əlaməti  olaraq  mərhum  Şeyx 
Murtəza  Ənsarinin  fiqh  və  üsul  dərsində,  Şeyx  Ənsari  də 
həftədə bir dəfə  mərhum Seyyid  Əlinin əxlaq dərsində iştirak 
edərdi. 
Şeyx  Murtəza  Ənsarinin  vəfatından  sonra,  Şuştəri  onun 
tədris  işlərinə  öhdədarlıq  etməyə  başlayır  və  dərsləri  Şeyx 
Ənsarinin  qaldığı  yerdən  başlayır.  Amma  əcəl  ona  da  aman 
vermir və altı aydan sonra fani dünya ilə  vidalaşır. 


 
40 
Ənənəvi ustad-şagird silsiləsinin halqaları Mərhum Şüştəriyə 
və  sonda  həmin  toxucu  kişiyə  gəlib  yetişir.  Amma  toxucu 
kişinin  kim  olduğu,  kiminlə  əlaqə  saxladığını  və  bu  maarifi 
(mənəvi  elm)  hardan  və  necə  əldə  etdiyi  haqda  heç  kimə  bir 
şey bəlli deyil.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin