«Dəqiqən həmin məbləğ» Əllamə Ağa Büzürg Tehrani buyurur:
Kərbəlayi ləqəbilə məşhur, Mirzə Şirazinin şagirdlərindən
olan fazil, əllamə Şeyx Həsən İsfahani ömrünün son günlərini
xəstə yatağında yatdığı vaxt Şeyx Məhəmməd Təqi Qəzvininin
dilindən mənim üçün Mirzə Şirazinin kəramətlərindən birini
hekayət etdi. Şeyx Məhəmməd Təqi deyir: İraqdakı müqəddəs
yerləri ziyarət etmək üçün yaman şövqüm vardı. Amma
məlum səbəblərə görə bu arzuma çatmağa ümidim yox idi. Bir
gecə yuxuda gördüm ki, bu arzuma nail və sonra Samirra
şəhərində Mirzə Şirazinin xidmətinə müşərrəf olmuşam. Mirzə
mənə dedi: “Getmək istəyirsən, yoxsa bizim yanımızda
qalırsan? Əgər qalmaq fikrin varsa, hər ay filan qədər sənə
verərəm. Elə bu vaxt yuxudan ayıldım.
Bir neçə gündən sonra Allahın lütfüylə, arzuladığım ziyarət
mənə qismət oldu. Ziyarətdən sonra Samirra şəhərində
Mirzənin hüzuruna müşərrəf oldum. Hal-əhval soruşandan
sonra Mirzə dedi:
Getmək istəyirsən yoxsa bizim yanımızda qalırsan? Əgər
qalmaq fikrin varsa, sözüm əvvəl dediyim kimidir.
O gecə gördüyüm yuxu yadıma düşdü. Başa düşdüm ki,
Mirzə yuxuda mənə dediklərinə və təyin etdiyi məbləğə işarə
edir.
1
Seyyid Mirzə Hadi Hüseyini Xorasani, “Mucizat və kəramat”, səh. 2
49
Nəhayət Samira şəhərində qalmalı oldum və bir aydan sonra
Mirzənin xadimi gəlib dəqiq yuxuda təyin olunmuş məbləği
mənə verdi və hər ay bu işi yerinə yetirirdi.
1