−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə42/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   38   39   40   41   42   43   44   45   ...   131
alim-keramet

«Təkid etməyin» 
Bir gün Samirra şəhərinin zəvvarlarından üç fəqir kişi Mirzə 
Şirazinin  məclisinə  gəlib  kömək  istədilər.  Mirzə  onlardan 
birinə iyirmi qran, digərinə beş qran və üçüncüsünə isə heç nə 
vermədi. 
İkinci şəxs çox təkid edirdi ki, beş qran artıq alsın və üçüncü 
şəxs də öz etirazını bildirdi. O iki nəfər deyirdilər: 
Biz  hər  üçümüz  dost  və  birgəyik.  Üçümüzün  də  yemək-
içməyə  ehtiyacımız  olduğu  halda  niyə  bizim  aramızda  fərq 
qoyursunuz? 
Mirzə dedi:  
Sizin  öz  istəyinizə  görə,  mən  bu  işi  gördüm  (yəni  özünüz 
istədiniz  ki,  pulunuz  bərabər  və  eyni  olsun).  Bundan  artıq 
rüsvay olmağınıza da təkid etməyin. 
Amma  onlar  yumşaq  dillə  razılaşmayıb,  artıq  pul  almaq 
üçün  israr  etdilər.  Mirzə  Şirazi  xidmətçilərdən  birini  çağırıb 
əmr  etdi  ki,  onların  cibləri  və  əyin-başlarını  axtarsınlar. 
Axtarışdan  sonra  məlum  oldu  ki,  iyirmi  qran  verdiyi  birinci 
şəxsin  kisəsində  beş  qran,  beş  qran  verdiyi  ikinci  şəxsin 
kisəsində  iyirmi  qran  və  heç  nə  vermədiyi  üçüncü  şəxsin 
kisəsində isə iyirmi beş qran var imiş. 
Buradan  məlum  oldu  ki,  Mirzənin  onların  arasındakı 
bərabərlik nəzəri nə imiş.
2
  
 
1
  Əllamə  Şeyx  Ağa  Büzürg  Tehrani,  “Mirzə  Şirazi”  (“Hidayətur-
razi”nin tərcüməsi), səh. 66 
2
 Həmin mənbə, səh. 67 


 
50 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin