«Və nuridu ən nəmunnə...» Şeyx Əli Tərihinin oğlu və Şeyx Məhəmməd Tahanın xüsusi
şagirdlərindən olan Şeyx Razi (vəfatı 1240 q.) ustadı Şeyx
Məhəmməd Tahanın başına gələn bir hadisəni belə nəql edir:
Bir vaxtlar dizimdə şiş əmələ gəlmişdi və müraciət etdiyim
həkimlərin hamısı onun müalicəsində acizliyini bildirirdilər.
Çarəsiz qalıb müalicə üçün Bağdada getdim. O vaxtlar maddi
vəziyyətim də çox pis idi. “Kəbə” ləqəbiylə məşhur olan Hacı
şeyx Məhəmməd Həsənin ailəsi mənim çətinliklərimin həllini
öz öhdəsinə götürdülər və Bağdadda olduğum iki-üç il ərzində
nəhayət bu xəstəlikdən nicat tapdım. Nəcəfə qayıtmazdan
əvvəl qərara aldım ki, Samirra şəhərinə İmam Əsgərinin (ə)
ziyarətinə gedim.
Qayıdaq əvvələ. Xəstə olduğum vaxtlar sinəm qəm-qüssədən
daralmışdı. Öz ruhi-cismani vəziyyətim haqda düşündükdə,
ömrümün hədər, boş keçib getdiyini, faydalı bir şey
öyrənmədiyimi hiss edirdim. Bir tərəfdən də maddi
vəziyyətim pis olduğuna görə yaman çətinlik çəkirdim.
Özümü hər iki dünyadan (dünya və axirət) məhrum və əli
üzülmüş halda görüb o iki əziz İmama bu qəsidəylə xitab
etdim. Qəsidənin beytlərindən biri belədir: