−Алимләрин кәрамәтләри−


«Xalis incilər silsiləsindən»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə51/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   47   48   49   50   51   52   53   54   ...   131
alim-keramet

«Xalis incilər silsiləsindən» 
İslam  peyğəmbəri  (s)  buyurmuşdur:  “Elm  sorağında  olan, 
gündüzləri  oruc  tutub  gecələri  ibadətlə  keçirən  şəxs  kimidir. 
Elm  sahələrindən  birini  öyrənmək,  bəndəyə  Allah  yolunda 
Əbu Qubeys dağı qədər qızıl xərcləməkdən daha üstündür.” 
2
 
 
1
 Həmin mənbə, səh. 177 
2
 “Biharul-ənvar”, c. 1, səh. 184 


 
59 
«Balığın buyruğa qulluğu» 
Mirzə  Həbibullah  Rəştinin  şagirdlərindən  olan  Rəhmətlik 
Seyyid  Məhəmməd  ibn  Seyyid  Cavad  Miyandehi  (vəfatı  1330 
q.)    ictihad  dərəcəsinə  nail  olmuş,  zahid  yaşayışında  çox  sadə 
dolanacaqla keçinən bir şəxs imiş. 
Qasımabad əhalisindən Seyyid Məhəmmədin müridlərindən 
olan  bir  qoca  Seyyidin  vəfatından  sonra  onun  evinə  gedir. 
Olduqca  narahat  görünən  bu  adam  ağlayır,  sızlayır,  tez-tez 
deyirdi: “O xatirələri necə unudum” Ondan soruşurlar:  
Hansı xatirələri? Deyir:  
Çoxdur, hansını deyim... Biri budur: 
Adət  üzrə  istilər  düşəndə  Seyyid  ailəsini  Curdiyəyə 
göndərər,  özü  əkin-biçinə  baxmaq  üçün  yayın  əvvəllərinə 
qədər  Miyandehdə  qalardı.  Bu  müddətdə  mən  də  gündüzləri 
onun yanında olardım və birlikdə Curdiyə yaylağına gedərdik. 
Günlərin  birində,  yola  çıxmazdan  bir  gün  qabaq  mənə  xəbər 
verdi ki, sabah Curdiyəyə gedəcəyik. Ona dedim:  
Yol üçün yemək-içməkdən nə götürəcəyik? Mənə dedi:  
Narahat olma, birlikdə çayın kənarına düşüb balıq tutarıq və 
o da olar bizim yol azuqəmiz. Dedim:  
Seyyid indi balığın vaxtı deyil. Dedi: 
 Hələ bir gedək, bəlkə balıq oldu. 
 İkimiz  də  çaya  tərəf  yola  düşdük.  Çayın  kənarına  çatanda 
qələmdanı cibindən çıxararaq balaca bir kağız parçasına nə isə 
yazıb onu suya tulladı. Çox keçmədi ki, gördüm böyük bir çəki 
balığı  qarşımızda,  çayın  düz  qırağında  çabalayaraq  atılıb-
düşməyə  başladı.  Tez  əyilib  çətinlik  çəkmədən  əlimlə  balığı 
tutdum. Çox təəccübləndim. Çünki ilin bu fəslində çayda çəki 
balığı  olmazdı.  Özü  də  suyun  belə  az  vaxtı  bu    böyüklükdə 
balığın  çayda  olması  ağlasığmaz  idi.  Seyyid  mənə  bərk-bərk 
tapşırdı ki, nə qədər mən həyatdayam bu sirr faş olmasın. 


 
60 
Bir gün yenə Seyyid Məhəmmədlə evə gəlirdik. Evə çatanda 
gördük qapı qıfıllıdı. Rəhmətlik Seyyidin özündə açar yox idi. 
Gördüm nə isə oxudu və qıfıl öz-özünə dərhal açıldı.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin