«Dağın təslimi» İsfahanın Nəcəfabad qəsəbəsindən bir neçə nəfər seyyid,
rəhmətlik Bidabadinin yanına gəlib deyirlər:
Əhalinin istifadə etdiyi dağın ətəyindən axan bulağın suyu
neçə gündür ki, quruyub. Əhali yaman əziyyət çəkir. Siz dua
edin, bəlkə açıldı.
Bidabadi bu mübarək ayəni − Ləuv ənzəlna həzəl-Quranə əla
cəbəlin − bir parça kağıza yazaraq onlara verib buyurur:
Axşamüstü bu kağızı dağın təpəsinə qoyub qayıdarsınız.
Onlar Bidabadinin dediyi kimi də edirlər. Elə ki, evlərinə
yetişirlər, dağda tükürpədici bir gurultu qopur. Səs o qədər
şiddətli olur ki, bütün qəsəbənin əhalisi eşidir. Səhər açılanda
görürlər ki, bulağın gözü açılıb. Bundan hədsiz sevinən əhali
Allaha həmd-səna edib, şükür səcdəsi qılırlar.
2