10
Mükaşifə halından adi hala qayıdandan sonra mövlam İmam
Zamanın (ə) dediyi kimi piyada və ayaqyalın İmam Hadi (ə)
və İmam Həsən Əsgərinin (ə) ziyarətinə gedib o hərəmdə
yenidən “Cameə” ziyarətnaməsini oxumağı qərara aldım.
Hərəmdə olduğum vaxt daha heyrətli kəramət və möcüzələri
müşahidə etdim ki, əgər onlar haqqında danışsam çox uzun
çəkər.
Bütün olub-keçənlərdən sonra bu ziyarətnamənin (duanın)
İmam Hadiyə (ə) mənsub olduğunu yəqin etdim. Həmçinin
İmam Zamanın (ə) bu ziyarətnamə (dua) haqqında söylədiyi
bəyanından sonra başa düşdüm ki, o mühüm və kamil
ziyarətnamələrdən biridir.
1
Dostları ilə paylaş: