−Алимләрин кәрамәтләри−


«Fatimənin adı düyün açandır»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə62/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   58   59   60   61   62   63   64   65   ...   131
alim-keramet

«Fatimənin adı düyün açandır» 
Rəhmətlik  Ayətullah  Qazinin  uzun  illər  Seyyid  Murtəza 
Kəşmiri  (vəfatı  1350  q.)  ilə  yaxın  əlaqələri  olmuşdur.  Seyyid 
Murtəza  Kəşmiri  öz  dövrünün  nadir  şəxsiyyətlərindən,  zahid 
və mükaşifə sahiblərindən idi.  
Qazi nəql edir ki, bir gün Murtəza Kəşmiri ilə birlikdə İmam 
Hüseynin  (ə)  qəbrini  ziyarət  etmək  üçün  Nəcəf-Əşrəfdən 
Kərbəlaya gəldik. Beynəl-Hərəmeynin bazar mədrəsəsində bir 
hücrə tutduq. Bu hücrə pillələrin qurtaracağında  yerləşirdi və 
buna  görə  də  hər  gün  o  uzunluqda  pillələri  düşüb-çıxmalı 
olurduq.  Həmin  ərəfələrdə  bir  dəfə  Seyyid  Murtəza  qabaqda, 
mən  də  arxasınca  hücrəmizə  gedirdik.  Elə  ki,  pillələr  sona 
yetdi, gördük hücrənin qapısı bağlıdır. Kəşmiri nəzərini mənə 
yönəldib dedi:  
Deyirlər,  hər  kəs  Həzrət  Musanın  (ə)  anasının  adını  bağlı 
qıfıla  oxusa,  qıfıl  açılar.  Mənim  anam  (Həzrət  Fatimə  (ə.s)) 
Həzrət Musanın anasından heç də əskik deyil. 
Bunu deyib əlini qıfıla uzatdı və dedi: “Ya Fatimə!” Bir anda 
açıq qıfılı qarşıma qoydu və içəri keçdik.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin