−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə74/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   70   71   72   73   74   75   76   77   ...   131
alim-keramet

«Səni öldürəcəyəm» 
Mirzə Çehelsütuninin oğlu Mirzə Məhəmməd nəql edirdi: 
Xeyratxan  mədrəsəsinin  dalanında  bir  nəfərin  silah  dükanı 
var  idi.  Bu  adamın  boynunun  kökündən  böyük  bir  şiş 
çıxmışdı. Bir gün mən Həsənəli İsfəhani ilə birlikdə Noxudəki 
kəndinə gedirdik. Həmin silah satan adam da şəhərdən bizim 
arxamızca düşüb gəlirdi və tez-tez deyirdi: 
Ya  şeyx!  Ya  mənə  şəfa  verin,  ya  da  öldürün.  Şeyx  ona  etina 
etmirdi. 
 
1
 Həmin mənbə, səh. 74 


 
82 
Yolun  yarısını  getmişdik  ki,  şeyx  arxaya  dönüb  onun 
qulağına astaca nəsə pıçıldadı. Həmin şəxs ucadan dedi: 
Razıyam, söz verirəm. 
Şeyx sonra dedi:  
Bax ha... Səni öldürəcəyəm. Həmin adam ərz etdi:  
Oldu, öldürün. 
Şeyx  minikdən  düşüb  o  kişiyə  dedi  ki,  yolun  bir  kənarında 
əyləşsin.  Sonra  cibindən  bir  bıçaq  çıxardıb  onun  boynunun 
dibindəki  şişin  üstünü  çərtdi  və  içindəki  domba  yeri  çölə 
çıxartdı.  Yarıq  yerdən  bir  xeyli  çirk  axdıqdan  sonra  bıçağın 
yanı  ilə  yaranın  üstünə  sığal  çəkdi  ki,  dərinin  altı  tamam 
boşalsın.  Sonra  ağzının  tüpürcəyindən  yaranın  üzərinə  bir  az 
vurub bıçaqla sığalladı. 
Sonra  dedi:  Yaranı  dəsmalla  bağla,  çıx  get.  Bir  neçə  gündən 
sonra yaranın yeri tamamilə sağaldı. 
Bu hadisənin üstündən bir neçə il keçdi.  
Şeyx Həsənəli vəfat edəndən sonra o adamı yenidən gördüm. 
Boynunda təzədən həmin şişdən çıxmışdı. Ondan soruşdum, o 
günü  şeyx  Həsənəli  sənin  qulağına  nə  dedi  ki,  sən  dedin 
razıyam? 
Dedi: 
Mənim  ərli  arvadlarla  qeyri-əxlaqi  əlaqələrim  olurdu.  Şeyx 
dedi,  əgər  söz  versən  ki,  bir  daha  bu  cür  işlərə  baş 
qoşmayacaqsan,  xəstəliyini  müalicə  edərəm.  Sonra  dedi,  əgər 
bir  də  belə  işlərə  qurşansan,  şişin  yenidən  peyda  olacaq  və 
öləcəksən. Mən qəbul etdim. 
Neçə ildən sonra şeytan məni yoldan çıxartdı, yenidən həmin 
günaha batdım. Bilirəm ki, bu şiş məni bu dəfə öldürəcək. 
Çox keçmədi həmin adam vəfat etdi.
1
  
 
1
 Həmin mənbə, səh. 96 


 
83 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin