«Niyə ki... amma...!»
Əbdünnəbi İraqi Nəcəf və Qum elmi hövzələrinin böyük
ustadlarından və dəyərli əsərlər sahibi idi.
İraqinin Ayətullahül-Üzma seyyid Əbul-Həsən İsfəhaniyə
böyük hörmət və etiqadı var idi. İsfəhanini İmam Zamanın
təsdiq və təyin etdiyi nümayəndələrindən və onunla görüşən
şəxslərdən hesab edirdi. Bu barədə eşitməli olan qəribə bir
mükaşifəsi də olmuşdur.
İraqi bu barədə deyirdi:
Nəcəf-Əşrəfdə olduğum vaxtlarda on dörd mühüm və çətin
məsələ zehnimi məşğul etmişdi. Həllini tapa bilmirdim.
Qərara gəlmişdim ki, o məsələləri İmam Zamandan soruşum.
1
Əllamə Hüseyn Hüseyni Tehrani, “Məadşenasi”, c. 1, səh. 103
92
Həmin əyyamda eşitdim ki, şəri məşəqqət yolu ilə ali dərəcəyə
çatmış bir nəfər mürtaz Nəcəfə gəlib və qəribə işlər görür.
Onun görüşünə gedib yoxladım, gördüm agah adamdır.
Sonra ondan soruşdum: Səndə olan məlumata əsasən səncə
İmam Zamanı görmək olar?
Cavab verdi: Bəli.
Dedim: Necə?
Dedi: Xalis niyyətlə dəstəmazlı və qüsullü halda səhraya
gedərsən... xəlvətdə, gözdən uzaq bir yerdə üzü qibləyə
oturarsan... Yetmiş dəfə “Ayətül-Kürsü”nü bütün vucudunla
oxu, sonra hacət və istəyini tələb elə. Yəqin bil ki, dediklərimi
eləyəndən sonra, yanına gələn ilk şəxs istədiyin adam
olacaqdır, onun ətəyindən yapışıb hacətini dilə.
Bu məqsədlə günlərin bir günü tam hazır vəziyyətdə Səhlə
məscidinin biyabanına yollandım və deyilənləri üzü qibləyə
kamal-ədəblə icra etdim. Gördüm böyürdən ərəb paltarında
bir nəfər görkəmli şəxs peyda oldu və mənə dedi:
Sizin mənimlə işiniz var idi? Dedim:
Sizinlə yox. Dedi:
Niyə? Məni o qədər qəflət basmışdı ki, yenə də dedim:
Yox, səninlə işim yoxdur.
O çıxıb getdi. Mən birdən özümə gəldim və tez onun
arxasınca düşdüm. O həmin çöllükdə bir mənzilə daxil oldu.
Mən də ora çatıb gördüm qapı bağlıdır. Qapını döydüm, bir
nəfər qapını açıb soruşdu:
Nə istəyirsən? Dedim:
Bura indicə daxil olan ağanı istəyirəm.
Dedi: Buyur içəri.
İçəri keçdim... Balaca bir ev idi. Qarşısında eyvanı da var idi.
Həmin eyvana bir taxt qoyulmuşdu və taxtın üstündə on ikinci
məsum imam Həzrət Mehdi (ə) oturmuşdu. Keçib salam
verdim. Həzrət salamımın cavabını verdi, amma özümü elə
itirmişdim ki, zehnimdə tutduğum bütün məsələləri tamam
93
unutdum. Heyran-heyran baxıb nə deyəcəyimi bilmirdim.
Axırda bir-iki başqa sual soruşub cavabımı alandan sonra çölə
çıxdım.
Evdən bir az uzaqlaşmışdım ki, zehnimdə tutduğum, sualına
cavab axtardığım 14 məsələ yadıma düşdü. Tez geri qayıdıb
təzədən qapını döydüm. Yenə də həmin adam gəlib qapını
açdı və dedi:
Buyurun: Dedim:
Həzrətin xidmətinə getmək istəyirəm, suallarım var, onların
cavabını soruşacağam.
Dedi: Ağa getdi, amma naibi burdadı.
Dedim: Əgər mümkündürsə icazə verin naibindən soruşum.
Dedi:
Buyurun, gəlin. Daxil oldum, amma baxanda gördüm Seyyid
Əbül-Həsən İsfəhani Həzrət İmam Zamanın bir az bundan
qabaq oturduğu həmin taxtın üstündə əyləşmişdir. Suallarımı
bir-bir verib cavablarını aldım və xudahafizləşib çölə çıxdım.
Çölə çıxandan sonra öz-özümə dedim:
Əcəba! Ayətullah İsfəhani Nəcəfdə idi, bura nə vaxt gəlib
çıxdı?
Tez Nəcəfə qayıtdım. Günortanın yandırıcı istisində
gözləməyib birbaşa İsfəhaninin evinə yollandım. İcazə alıb
içəri keçdim. Gördüm namaz qılır.
Namazı başa vurandan sonra mənə sarı dönüb hal-əhval
tutdu və dedi:
Məgər suallarının cavabını almadın?
Dedim:
Niyə ki ... amma..!
İkinci dəfə soruşdum, yenə də həmin qaydada cavab verdi.
Başa düşdüm ki, məqamı çox yüksəkdə olan bir şəxsdir və
İmam Zamanla (ə) əlaqəsi nə səviyyədədir.
1
1
Şeyx Məhəmməd Razi, “Kəramate Salehin”, səh. 166
|