«Həzrətə deməyiniz lazım deyil!» Ayətullah
Üzma
Əraki,
Şeyx
Məhəmmədhəsən
Kermanşahidən belə nəql edir:
Mirzə Məhəmmədtəqi Şirazi vəfat edəndən sonra güzəranım
çətinləşdi. Neçə gün ağır vəziyyətdə oldum. Nəcəfə gedib
hərəmə daxil oldum, üzümü pak zirehə söykəyib hacətlərimi
bildirdim. Çölə çıxanda hərəmin həyətində bir nəfər gəldi, bir
miqdar pul verib getdi. Bir müddət həmin pulla dolandım, elə
ki, pul qurtardı, yenə də hərəmə gedib Həzrət Əlidən (ə) hacət
istədim. Bu dəfə də bir nəfər mənə yaxınlaşıb bir az pul verdi
və neçə gün onunla keçindim. Üçüncü dəfə də bu minvalla pul
aldım. Dördüncü dəfə yenə də pulum tamam oldu və bu dəfə
də gedib Həzrətə ağız açdım. Çölə çıxanda gördüm
Ayətullahül-Üzma Əbul-Həsən İsfəhani hərəmin o biri başında
− oturduğu yerdən məni gördü və səslədi. Yanına getdim,
dedi:
Məhəmmədhəsən nə vaxt pulun qurtardı gəl məndən istə,
həzrətə deməyin lazım deyil!
Bu barədə təkid də etdi. Mən təəccübdən donub qaldım ki, o
hardan başa düşdü ki, mənim hacətim nədir?
Hərəmdən çıxıb evə getdim. Sabahısı günü onun təkidinə
əsasən rəhmətliyin evinə yollandım. Qapını döydüm, özü gəlib
açdı və dedi:
Hə... pulun qurtarıb? Gəl içəri.
Ağa içəri otağa getdi və gəlməyi bir az ləngidi. Mən
gəldiyimə peşiman oldum, istədim ki, qayıdım, gördüm üst-
başı tozlu halda gəldi. Əvvəl üzürxahlıq etdi, sonra ətəyini
açıb qarşıma çoxlu dirhəm, iraq pulları tökdü və dedi:
Gec gəldiyim üçün məni bağışla, içəridə uşaqların yığdığı
pul kasasını axtarırdım, onları çıxarmaq məni bir az
yubandırdı. Bunları götür, sənə zəruridir.
95
Ayətullah Ərakinin dediyindən məlum olur ki, Əbul-Həsən
İsfəhaninin uşaqlarının yığdığı pullardan başqa pulu yox imiş,
çünki mərciyyətinin ilk günləri idi.
1