«Xaldan xəbərsiz» Rəhmətlik Mirzə Əli Qazi buyururdu:
Bir gün otaqdan çıxıb evin dalanına girəndə (mükaşifə
halında) gördüm ki, özüm bir kənarda sakit halda durmuşam.
Diqqətlə qarşımda duran özümə baxmağa başladım, gördüm
yanağımda balaca bir xalım var.
Otağa qayıdıb aynaya baxanda gördüm yanağımda xalım var
imiş, amma indiyə qədər bundan xəbərim yox imiş.
2
«Bu övladın qalacaq» Əllamə Təbatəbai deyir: Mən və həyat yoldaşım Mirzə Əli
Qazinin yaxın qohumlarından
sayılırıq. (Qazinin və
Təbatəbainin hər ikisinin üçüncü babası (babalarının babası)
Seyyid
Məhəmmədtəqi
Qazidir.)
Nəcəfdə
olduğumuz
vaxtlarda qohumluğumuza görə o tez-tez bizə baş çəkər,
vəziyyətimizi xəbər alardı. Bizim hər dəfə uşağımız olur,
amma heç biri qalmırdı, uşaq ikən ölürdü.
Bir gün ağa Qazi yenə bizə gəlmişdi. Sən demə bu vaxtlar
yoldaşım hamilə imiş, amma bizim bundan xəbərimiz yox idi.
Xudahafizləşib gedəndə Qazi üzünü yoldaşıma tutub dedi:
Əmiqızı bu dəfə sənin bu uşağın qalacaq, özü də oğlandır,
ona heç bir şey olmayacaq. Uşağın adı da Əbdülbaqidir.
1
Rza Muxtari, “Simaye fərzaneqan”, səh. 92
2
Əllamə Hüseyn Hüseyni Tehrani, “Risaleye Lübbul-lübab”, səh. 34
106
Mən Qazinin bu sözlərindən çox sevindim.
Allah bizə bir oğlan uşağı əta elədi və əvvəlki uşaqlardan
fərqli olaraq bu uşaq sağ qaldı. Uşağın adını Əbdülbaqi
qoyduq.
1