−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə94/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   90   91   92   93   94   95   96   97   ...   131
alim-keramet

«Yağış namazı» 
1362-ci (h.q.) ildə  İran müttəfiqlərin işğalı altında olanda və 
İngiltərə,  Amerika  əsgərlərinin  bir  hissəsinin  Qumun 
“Xakfərc”  məhəlləsində  yerləşdikləri  vaxt  İranda  havaların 
yağmursuz  keçməsi  nəticəsində  quraqlıq  hökm  sürürdü. 
Camaat susuzluqdan əziyyətə düçar olub gələcək günlərin çox 
çətin  şəraitdə  keçəcəyini  deyirdi.  Xalqın  ağsaqqalları  yığılıb 
həzrət  Ayətullah  Məhəmmədtəqi  Xansarinin  yanına  gedir  və 
ondan xahiş edir ki, islam qanunlarına əsasən onlarla birlikdə 
istisqa  namazı  qılsın  ki,  bəlkə  Allah  öz  rəhmət  yağışını 
onlardan əsirgəmədi. 
Xansari  onların  xahişini  qəbul  edib,  şəhərin  müxtəlif 
təbəqələrindən  olan  20  minə  yaxın  cəmiyyətlə  birlikdə 
ramazan  ayının  günlərindən  birində,  orucağız  Xakfərc 
məntəqəsində yerləşən böyük müsəllaya doğru hərəkət edir. 
Bu  vaxt  İranın  siyasi  çöhrələrindən  bir-neçə  nəfər  dövlət 
məmuru 
(bəhai) 
müttəfiq 
qoşunların 
içində 
olan 
nüfuzlarından istifadə edib zabitlər arasında şayiə yayırlar ki, 
şəhərin  camaatı  çölə  tökülüb  sizin  üstünüzə  hücuma 
hazırlaşırlar; Vaxtında tədbir töküb camaatın qarşısını alın. 
Zabitlər  qoşuna  hazırlıq  komandası  verir;  topların, 
pulemyotların  lüləsini  camaat  gələn  səmtə  tuşlayıb  sıraya 
düzlənirlər. 
Amma  gözlədiklərinin  əksinə  görürlər  ki,  camaat  səssiz-
səmirsiz hərəkət edib müsəllaya yığışdı. 
 Ayətullah  Xansari  iki  gün  dalbadal  istisqa  namazına  gedir. 
İkinci  gün  namaza  duranda  müttəfiq  cəbhənin  əsgərləri  bir-
neçə  nəfər  bəhainin  təhriki  ilə  camaatı  ələ  salıb  gülməyə 
başlayırlar. Çünki havada buluddan əsər-əlamət yox idi. 
Namaz qurtarar-qurtarmaz birdən göydə qara bulud topaları 
görsənməyə  başlayır.  Camaat  müsəlladan  çıxıb  evlərinə 
çatmamış  elə  şiddətli  yağış  yağmağa  başlayır  ki,  qurumuş 


 
115 
çaylar  daşıb,  coşmuş  selə  dönür.  Hadisə  o  qədər  fövqəladə 
olur ki, xarici jurnalistlər və müttəfiq qoşunların nümayəndəsi 
bu  xəbəri  xaricdə  də  yayımlayırlar.  Həmin  günün  səhərisi 
əksər radiolar bu hadisəni təfsilatı ilə şərh edib xəbər verirlər. 
Maraqlı  burasıdır  ki,  müttəfiq  qoşunlar  arasında  təxribat 
yaratmaq  istəyən  bir-neçə  bəhai  həmin  gecə  aradan  çıxırlar. 
Zabitlər onları cəzalandırmaq üçün nə qədər axtarsalar da tapa 
bilmirlər.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin