«Misali surətin müşahidəsi» Mirzə Cavadağa Ənsari Həmədani nəql edirdi:
Mən Həmədanın xiyabanlarından biri ilə gedirdim, gördüm
bir dəstə camaat çiyinlərində dəfn etmək üçün cənazə
aparırlar.
Amma mənəvi yöndən cənazəni qaranlıq və anlaşılmaz bir
nöqtəyə doğru aparırdılar. Ölmüş adamın misali ruhu
cənazənin üstündə var-gəl edir, qışqır-bağır salırdı; istəyirdi ki,
desin ilahi məni bu bəladan qurtar, mən ora getmək istəmirəm,
amma dili Allah kəlməsi ilə açılmırdı.
Bu zaman üzünü camaata tutub deyirdi: Ey camaat! Mənə
kömək edin, qoymayın məni aparsınlar, amma səsini eşidən
olmurdu.
Həmədani deyir: Mən cənazə sahibini tanıyırdım, həmədanlı
idi və sağlığında hakim vəzifəsində işləmişdi. Çox zülümkar
adam idi.