«Məni sürgün edəcəklər»
Məşrutiyyətlə müxalif olan alimlərdən “Höccətül-islam” ləqəbi ilə tanınmış arif Molla Qurbanəli Zəncaninin aşkar kəramətlərindən biri də, onun məşrutiyyətdən sonra baş verəcək hadisələr və faciələr barəsində qabaqgörənliyidir. Yadellilərin doğma vətənə təcavüzü, qadınların yaşmaq və örtüklərinin götürülməsi, ruhani geyimlərinin qadağan edilməsi, cəmiyyətdə fəsadın çoxalması və bütün digər faciələr Höccətül-islamın məşrutiyyətin ilk illərində qabaqcadan xəbər verdiyi hadisələr idi. Onlardan bir neçəsini burada qeyd edirik:
Bir neçə nəfər elm əhli axundun yanına gəlib ərz etdilər:
Ağa məşrutiyyətə başqa alimlər imza çəkib, təsdiq eləmişlər. Bəs siz niyə imzalamırsınız? Yaxşı olardı ki, siz də imzalayasınız. Axund üzünü onlara tutub dedi:
Əgər imzalasam, onda əmmamələrinizi başınızdan götürəcəklər, ha! (Bunu söyləməklə Rzaxan Pəhləvinin müasirlik adı altında əmmamələri yığışdıracağını xəbər verirdi. Halbuki, bu hadisə axundun ölümündən 20 il sonra baş verdi.
Yenə bir neçə nəfər bazar əhli axundun yanına gedib deyirlər:
Axı, niyə siz məşrutiyyəti təsdiqləmirsiniz? Axund onlara xəbərdarlıq edərək bildirir:
Bax, qadınlarınızın örtüklərini zorla açacaqlar, ha! (Elə, belə də oldu.)
Həmçinin şəhid şeyx Fəzlullah Nurinin − Bizim işimizin axırı nə olacaq? (Yə`ni başımıza nə gələcək?) − məktubunun cavabında axund belə yazmışdı: Əziz qardaşım, səni asacaq və məni də sürgün edəcəklər. (Müasir tariximizdə bu iki hadisə, xüsusilə şeyx Fəzlullah Nurinin e`damı təfsilatı ilə nəql olunmuşdur.)2
«Həddini aşmış şəxsin məsx olması»
Məşrutiyyət və istibdad tərəfdarlarının qalmaqallarının qızğın vaxtlarında Zəncanın bazar əhlindən olub məşrutiyyətin mühüm mübəlliğlərindən biri, axundun (Ayətullah Molla Qurbanəli) hüzuruna gəlib onu yolundan döndərmək fikri ilə söhbətə başlayır. Axund deyir:
Bizim fiqhimiz (sünnə və ya Əhli-beytin tapşırıqları) mənə məşrutiyyəti imzalamağa icazə vermir.
Bu sözlərdən sonra o şəxs fiqh və hədislər haqda təhqiramiz sözlər söyləməklə alimlərin ardınca ağzına gələni deyir. Bu zaman axund sadə ləhcəsi ilə üzünü həddini aşmış şəxsə tutub sərt şəkildə (onu heyvanlardan birinə bəndə edərək) deyir:
Qalx, itil burdan ay qanmaz...!
Həmin şəxs axundun evindən çölə çıxıb (axundun evi Zəncan bazarına yaxın idi) öz dükanına tərəf üz tutur. Amma yol boyu qəribə vəziyyətlə üzləşir, belə ki, hansı dükanın qarşısından keçirsə (istər dost, istər düşmən) hamı barmağı ilə onu bir-birinə göstərərək deyir: “Qanmaz eşşəyə baxın!” Bu təhqiramiz sözlər qısa bir vaxtda, özü də səbəbsiz, o qədər təkrar olur ki, həmin şəxs əmin olur ki, bu məsələ adi məsələyə oxşamır və bu işin axundun ona acıqlanması ilə əlaqəsi var. Yubanmadan birbaşa axundun yanına qayıdır və bundan bir az əvvəl dediyi sözlərə görə üzr istəyib istiğfar edir. Axund təbəssümlə buyurur:
Qayıt daha. Eybi yoxdur. Mən üzr istəyirəm, bir az əsəbləşdim. Daha keçdi. Sən eşşək deyilsən!
O, bu dəfə bazara qayıtdıqda artıq həmin təhqir və ələsalmalardan əsər-əlamət görmür.1
«Xalis incilər silsiləsindən»
İslam peyğəmbəri (s) buyurmuşdur: “Elm sorağında olan, gündüzləri oruc tutub gecələri ibadətlə keçirən şəxs kimidir. Elm sahələrindən birini öyrənmək, bəndəyə Allah yolunda Əbu Qubeys dağı qədər qızıl xərcləməkdən daha üstündür.”2
«Balığın buyruğa qulluğu»
Mirzə Həbibullah Rəştinin şagirdlərindən olan Rəhmətlik Seyyid Məhəmməd ibn Seyyid Cavad Miyandehi (vəfatı 1330 q.) ictihad dərəcəsinə nail olmuş, zahid yaşayışında çox sadə dolanacaqla keçinən bir şəxs imiş.
Qasımabad əhalisindən Seyyid Məhəmmədin müridlərindən olan bir qoca Seyyidin vəfatından sonra onun evinə gedir. Olduqca narahat görünən bu adam ağlayır, sızlayır, tez-tez deyirdi: “O xatirələri necə unudum” Ondan soruşurlar:
Hansı xatirələri? Deyir:
Çoxdur, hansını deyim... Biri budur:
Adət üzrə istilər düşəndə Seyyid ailəsini Curdiyəyə göndərər, özü əkin-biçinə baxmaq üçün yayın əvvəllərinə qədər Miyandehdə qalardı. Bu müddətdə mən də gündüzləri onun yanında olardım və birlikdə Curdiyə yaylağına gedərdik. Günlərin birində, yola çıxmazdan bir gün qabaq mənə xəbər verdi ki, sabah Curdiyəyə gedəcəyik. Ona dedim:
Yol üçün yemək-içməkdən nə götürəcəyik? Mənə dedi:
Narahat olma, birlikdə çayın kənarına düşüb balıq tutarıq və o da olar bizim yol azuqəmiz. Dedim:
Seyyid indi balığın vaxtı deyil. Dedi:
Hələ bir gedək, bəlkə balıq oldu.
İkimiz də çaya tərəf yola düşdük. Çayın kənarına çatanda qələmdanı cibindən çıxararaq balaca bir kağız parçasına nə isə yazıb onu suya tulladı. Çox keçmədi ki, gördüm böyük bir çəki balığı qarşımızda, çayın düz qırağında çabalayaraq atılıb-düşməyə başladı. Tez əyilib çətinlik çəkmədən əlimlə balığı tutdum. Çox təəccübləndim. Çünki ilin bu fəslində çayda çəki balığı olmazdı. Özü də suyun belə az vaxtı bu böyüklükdə balığın çayda olması ağlasığmaz idi. Seyyid mənə bərk-bərk tapşırdı ki, nə qədər mən həyatdayam bu sirr faş olmasın.
Bir gün yenə Seyyid Məhəmmədlə evə gəlirdik. Evə çatanda gördük qapı qıfıllıdı. Rəhmətlik Seyyidin özündə açar yox idi. Gördüm nə isə oxudu və qıfıl öz-özünə dərhal açıldı.1
«Çobanın mə`muriyyəti»
Hacı Seyyid Ziyauddin (Seyyid Məhəmməd Myandehinin nəvəsi) nəql edir ki, bir dəfə babam ölümündən qabaq Curdiyədə bərk xəstələnir, qızdırması yuxarı qalxır. O, qızdırmasını salmaq üçün bir miqdar buz istəyir. Əyalı deyir:
İndi buzun vaxtı deyil. Babam deyir:
Çıxın gəzin, bəlkə tapıldı.
Yoldaşı mə`yus halda evdən eşiyə çıxır. Bir az ətrafı gəzəndən sonra, görür bir çoban uşağı qışqırır:
Buz, buz! Uşağı tez səsləyərək, ,bir-iki qəpik pul verib bir miqdar buz alır. Ondan soruşur ki, buzu hardan gətirmisən? Uşaq deyir:
Dərənin dibində qoyunların yanında durmuşdum (dərədən Seyyidin evinə qədər 3 km. fasilə olardı). Gördüm bir nəfər niqablı qadın mənə yaxınlaşaraq bu buzu verib dedi: Gedərsən Şeyxül-islamın evinin yanında (Şeyxül-islamın evi Seyyidin evinə yaxın idi) hər kəs səndən buz istəsə, buzu ona satarsan.1
Dostları ilə paylaş: |