−Алимләрин кәрамәтләри−



Yüklə 2,53 Mb.
səhifə27/33
tarix11.06.2018
ölçüsü2,53 Mb.
#53321
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

«Ölümdən xəbər»


Seyyid Əhməd Müdərris Yəzdi təqribən 10 il bundan qabaq vəfat etmişdir. O, həmişə ailəsinə deyərdi ki, mən 1392-ci (h.q.) ildə vəfat edəcəyəm və bu sözü ona yuxuda deyilmiş xəbərə əsasən söyləyirdi. O, özü bu yuxusuna çox inanırdı. Hər il keçdikcə ömrünün qalan illərini hesablayır, evdəkilərə deyirdi. 1392-ci ildə sap-sağlam olmasına baxmayaraq, bu xəbəri tez-tez yada salırdı və hətta həmin ilin baharında ağaclar yaşıl don geyinəndə, evin həyətindəki tut ağacı bar gətirəndə ağaca baxıb deyirdi: Bu il mən bu tutdan yeyə bilməyəcəm.

O deyən kimi də oldu. Gözlənilmədən qulunc xəstəliyinə mübtəla oldu və yorğan-döşəyə düşdü. Ustad Yəzdiyə böyük inamı olan həkimlərdən biri ona baxdıqdan sonra apandisitində problem olduğunu və yeganə ümidin cərrahiyə əməliyyatı aparılmasını dedi.

Ustadı Məşhəddəki İmam Riza adına xəstəxanaya apardılar. Özünün və böyük oğlunun icazəsi ilə cərrahiyyə əməliyyatı aparıldı və yaxşı da nəticə hasil oldu. Amma bir gün sonra gözlənilmədən qan təzyiqi yuxarı qalxdı və səhərə yaxın ruhu göylərə uçdu. Cənazəsi İmam Rizanın hərəmi yaxınlığında torpağa tapşırıldı.2

«Xalis incilər silsiləsindən»


İmam Sadiq (ə) ariflərin mə`nəvi məqamının şərhində buyurur: “...Elə ki, ilahi mə`rifətin nuru qəlbdə təcəlla etdi, eşq nəsimi əsər; elə ki, eşq və məhəbbət nəsimi əsdi, öz məhbub və mə`şuqu ilə munis olar və Onu, Ondan qeyri olan hər bir şeydən üstün tutar, və Allahın buyurduqlarına əməl edib, çəkindirdiklərindən çəkinər...

«Qumşeinin dərəcəsi»


Əllamə Həsənzadə Amuli rəbbani arif, Qur`an müfəssiri Ayətullah Mirzə Məhəmməd-Mehdi Mühyiddin İlahi Qumşei haqqında yazır:

Qəbul etməliyik ki, məhbubla həmavaz olmaq və səs-səsə verib nəğmə oxumaq ləyaqəti daşıyanlar Allah dərgahının müqərrəbləri və din övliyalarıdır. Ustad İlahi bu cür idi.

Onun haqqında nəql olunmuş kəramətlərdən biri də budur:

Bir gün Qumşei dedi, bir az nasazlığım var idi və özümü yaxşı hiss etmirdim. Dedim:

İlahi, Öz Cəbrayılın vasitəsilə mənə bir neçə dənə şirin limon yetir. Çox keçməmişdi ki, qapı tıqqıldadı. Açıb gördüm qoca bir kişi on dənə iri və ətirli limon gətirib. Dedi götürün, yeyin.

Bir gün də Məkkəyə getmişdi. Səhranın ortasında susuzluq onu əldən salır. Deyir: İlahi su yetir. Gözlənilmədən hardansa bir seyyid peyda olur və ona bir bardaq su verir. Deyir bu şirinlikdə, bu sərinlikdə su indiyə qədər içməmişdim. İçib doyandan sonra həmin seyyid suyun qalanı ilə üz-gözümü yudu, başımı qaldıranda gördüm yoxdur.

Məkkə yolunda namaz qılmaq üçün karvan bir yerdə dayanmalı olur. Qumşei bir kənara çəkilib xəlvət bir yerdə namaza durur. O namaz əsnasında ikən maşın hərəkət edib yola düşür və Qumşei karvandan ayrı düşür. Namazdan sonra üzünü Allaha tutub deyir:

Pərvərdigara, mən indi nə edim? Bu vaxt təzə bir maşın gəlib düz qarşısında dayanır və maşının sürücüsü deyir:

Ağaye Qumşei sizin maşın getdi? Cavab verir:

Bəli. Deyir:

Gəlin əyləşin. Maşına əyləşir və bir göz qırpımında öz karvanına çatır. Tez yerə düşüb öz maşınına minir. Arxaya dönüb baxanda görür onu gətirən maşın yoxdur. Yanındakı yoldaşlarından soruşur ki, məni gətirən maşın hara qeyb oldu? Yoldaşları deyir, cənab Qumşei hansı maşın, nə maşın? Səhranın ortasında balaca maşın nə gəzir?

«Saat səkkizdə»


Rəhmətlik Şeyx Əsədullah İsmaili nəql edirdi:

İmam Xomeyninin “Təhrirül-vəsilə” kitabının bir-neçə cildini Nəcəfdən poçtla mənim adıma göndərmişdilər. Qumun poçt idarəsi kitabları saxlatdırır və mənim özümü də təhlükəsizlik idarəsinə çağırırlar. Orada məni bir neçə saat sorğu-suala çəkib işkəncə verirlər. Məğrib namazının vaxtı çatanda sorğu-sualdan əl çəkib məni boşlayırlar. Fürsətdən istifadə edib dəstamaz aldım ki, namaza başlayım, gözlənilmədən təhlükəsizlik idarəsinin müavini tərəfindən məni çağırıb, bir daha İmam Xomeyninin kitablarının mənim adıma poçt edilməyəcəyi haqda dilimdən izahat alıb azad etdilər.

Kitab dükanına çatanda gördüm cənab Qazi Təbatəbai (Ayətullah seyyid Hüseyn) qardaşım Cəmşidlə bir yerdə dükanda əyləşiblər. Gözləri mənə sataşar-sataşmaz hər ikisi gülməyə başladı. Qardaşım saatına baxıb dedi:

Saat səkkizdir. Mən məsələnin nə yerdə olduğunu soruşdum. Qardaşım dedi:

Cənab Qazi məni qəm dəryasına batan halda görüb fikrə dalmağımın səbəbini soruşdu. Dedim, qardaşımı təhlükəsizlik orqanının mə`murları apardı, nə olacağını bilmirəm. Cənab Qazi bir müddət fikrə gedib, sonra başını qaldırıb dedi:

Qardaşını hansı saatda yanında görmək istəyirsən? Ərz etdim, səkkizdən o tərəfə olmasın. Sən gələndə saata baxdım, gördüm düz səkkizdir. Ona görə də hər ikimiz sevincdən güldük.1


«On bir dirhəmin var»


Bir nəfər ərəb Ayətullah Üzma Seyyid Mahmud Şahrudinin yanına gəlib ərz edir ki, bir qəpik da olsa pulum yoxdur. Cənab Şahrudi buyurur:

Niyə yalan deyirsən, cibində on bir dirhəm pul var. Ərəb ağa Şahrudinin evindən çıxanda mən (əhvalatı nəql edən) ona yaxınlaşıb dedim:

Əgər düz desən nə qədər pulun var, mən yarım dinar sənə verəcəm. Əlini cibinə salıb pullarını çıxartdı, gördüm düz on bir dirhəmdir. Mən də yarım dinarı verdim.

Həmçinin nəql edirlər şeyx Hərəndi Vaiz öləndən sonra övladları cənab Şahrudinin yanına gəlib evdə cinlərin onlara əzab-əziyyət etməsindən şikayətlənirlər. Cənab Şahrudi buyurur:

Gedin həyətdəki quyunun başına və deyin: Seyyid Mahmud Şahrudi deyir ki, buradan çıxıb gedin və bizə əziyyət etməyin.

O deyən tapşırığa əməl edirlər və o gündən sonra cinlərdən xəbər çıxmır.2


«Süd verməkdə paxıllıq etmə!»


Bir kişinin bir inəyi vardı, onun südü ilə dolanırdı. İnək doğandan sonra süd verməkdən imtina edirdi.

Həmin kişi Ayətullah Şahrudinin yanına gəlib inəyin əlindən şikayət edir.

Cənab Şahrudi oğlu seyyid Əlidən bir tikə kağız parçası istəyir. Qələmi götürüb kağızın üstünə yazır: “Eyyətuhəl-bəqərə la təbxəl biləbənin” yə`ni ey inək! Süd verməkdə paxıllıq etmə!

Deyir:


Aparıb bunu inəyin boğazından asarsan.

Kişi o deyən kimi də edir. O vaxtdan inək ram olub süd verir. Bir neçə vaxtdan sonra kağız inəyin boynundan açılıb itir və heyvan yenidən süd verməkdən boyun qaçırır. Kişi yenə də qalxıb ağa Şahrudinin yanına gedir və əhvalatı danışır. Ağa Şahrudi deyir:

Get heyvanın qulağına de ki, seyyid Mahmud Şahrudi deyir:

Ey heyvan sakit ol, paxıllıq etmə!

Kişi tapşırığa əməl edir və inək sakitləşir.1


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin