−Алимләрин кәрамәтләри−


«Bir saat sonra öləcəyəm»



Yüklə 2,53 Mb.
səhifə30/33
tarix11.06.2018
ölçüsü2,53 Mb.
#53321
1   ...   25   26   27   28   29   30   31   32   33

«Bir saat sonra öləcəyəm»


Tanınmış arif seyyid Haşım Həddadın ölümü barədə qızı Fatimə və nəvələri seyyid Abbas və seyyid Musa belə nəql edirlər ki:

Ölümünə az qalmış seyyid Haşim Həddadı Kərbəla xəstəxanasında yatırdırlar. Xəstənin xüsusi həkimi doktor seyyid Məhəmməd Şəruqi idi. Ramazan ayının 12-ci günü qürub çağına üç saat qalmış ağa Həddad deyir ki, məni xəstəxanadan çıxarıb evə aparın, seyyidlər evə yığışıb məni gözləyirlər.

Doktor e`tiraz edib deyir ki, sizi heç yerə buraxmaq olmaz.

Ağa Həddad doktora deyir:

Səni and verirəm anam Fatimeyi Zəhraya, icazə ver mən gedim, bir saatdan sonra mən bu dünyadan köçəcəyəm.

Doktor əlacsız qalıb icazə verir və xəstənin yaxınlarına deyir, hələlik halı yaxşıdır, bu tezlikdə ölən deyil.

Seyyid Haşim Həddad həmin anda qalxıb evə gəlir. Evə çatanda görür bacanağı hacı Səməd Dəllalın oğlanları evdə oturub onu gözləyirlər.

Hacı Səmədin oğlanları gəlməklərinin səbəbini bildirib deyirlər ki, “İnna sənulqi əleykə qəvlən səqilən” ayəsinin mə`nasını soruşmağa gəlmişik. Bu ayədə “qəvlən səqilən” dedikdə nə nəzərdə tutulur?

Seyyid Haşim Həddad sualın cavabında buyurur: “La Huvə illa Hu”. Bunu deyib evdəkilərdən hazır xına istəyir və ərəb cavanları adəti üzrə toy günü əllərinə və ayaqlarına xına bağladıqları kimi, xınayaxma mərasiminə uyğun olaraq Həddad da ayaqlarına və əllərinə xına bağlatdırır. Sonra evdəkilərə işarə edir ki, otağı xəlvət edin.

Bu halda üzü qibləyə uzanır. Bir az keçmiş içəri girib görürlər ki, canını Allaha təslim etmişdir.

Doktor seyyid Məhəmməd Şəruqi deyir:

Seyyid Haşım mənə deyəndə ki: bir saat sonra öləcəyəm, mən həmin dəqiqələrdə onun evinə yollandım ki, görüm məsələ nə yerdədir. İçəri keçib gördüm üzü qibləyə uzanıbdır. Nəbzini tutdum, gördüm artıq dayanmışdır.1


«Düz səkkiz min tümən»


Ayətullahül-Üzma Xansari özünə xas bəsirəti və baxış sahibi olan şəxsiyyətlərdən idi. Onun bu xüsusiyyəti barədə maraqlı hekayələr söyləyirlər.

Tehranın e`timadlı tacirlərindən biri deyirdi:

Bir gün Xansarinin yanında tək oturmuşdum. Başqa heç kəs yox idi. Nagəhan ağa dedi:

Qapının ağzında bir nəfər dayanıb, bir istəyi olmalıdır. Ərz etdim:

Ağa qapının zəngini çalan olmadı. Dedi:

Niyə ki, kimsə var. Al bu zərfi ona ver getsin.

Mən zərfi alıb mənzilin qapısını açdım, gördüm geyimli-keçimli bir nəfər qapının qarşısında o tərəf, bu tərəfə var-gəl edir. Onu səsləyib dedim:

Qapının zəngini basan siz idiniz? Dedi:

Xeyr! Soruşdum:

Bir işiniz var? Dedi:

Bəli. Arvadım xəstədir. Xəstəxanada yatırtmaq üçün pul istədilər; lazım olan miqdarı düzəltmək üçün səkkiz min tümənim çatmır. Əlim hər yerdən üzüldü, arvadı xəstəxanada qoyub pul dalınca çıxdım. Amma bilmirdim kimə ağız açım? Nəhayət belə qərara gəldim ki, gedim ağa Xansariyə deyim. Amma indiyə qədər bu qapıya gəlməmişəm və bura heç bir xüms, zəkat verməmişəm. Elə fikirləşirdim ki, zəngi vurum, ya yox, siz qapını açdınız.

Ağanın verdiyi zərfi ona uzatdım. Alıb açdı və içindəki pulları çıxarıb sayanda gördüm əcəba, düz səkkiz min tümən, − ona lazım olan miqdardadır.


«Dostla birlikdə»


Rəhmətlik Ayətullahül-üzma Mər`əşi Nəcəfi dəfələrlə İmam Zamanın görüşünə nail olmuşdur. Biz burda, nəql olunan hekayələrdən ancaq birini yad edəcəyik.

Mər`əşi Nəcəfi deyirdi:

Samirrada yaşadığım əyyamlarda bir gün axşam həzrət seyyid Məhəmmədi ziyarət etmək üçün Samirradan çıxıb yola düzəldim və yolda azdım.

Yolun yorğunluğu, susuzluq və aclıq bir tərəfdən, o biri tərəfdən də səhranın isti küləyi məni taqətdən salıb həyata ümidimi üzdü. Bihuş olub isti qumlar üzərinə yıxıldım.

Özümə gəlib gözlərimi açanda başımı bir nəfərin dizi üstə gördüm. Həmin adam kuzəni mənim dodaqlarıma toxundurub su içməyimə kömək edirdi. İndiyə qədər bu lətafətdə, bu sərinlikdə su dilimə dəyməmişdi. Su içdikdən sonra süfrə salındı. Süfrədə iki üç girdə ətirli çörək var idi. Çörəyi yedikdən sonra həmin ərəb kişi mənə dedi:

−Yaxınlıqda bir arx var, gedib orda yuyuna bilərsən. Dedim:

Bu ətrafda arx-filan yoxdur, əgər olsaydı mən susuzluqdan bu hala düşməzdim.

Həmin ərəb dedi:

Bu ətrafında axan su deyil, bəs nədir? Bu söz onun ağzından çıxar-çıxmaz gördüm məndən bir az kənarda səfalı suyu olan bir arx uzanıb gedir. Bunu görəndə daha çox təəccübləndim ki, necə olur, mənim kənarımdan şarıl-şarıl su axıb getsin, mən isə bir qurtum sudan ötəri az qala həlak olacaqdım.

Həmin ərəb sonra məndən soruşdu:

Səfərin haradır? Dedim Seyyid Məhəmmədin hərəmini ziyarətə gedirəm. Həmin şəxs bu sözlərimi eşitcək əli ilə yan tərəfə işarə edib dedi:

Bu da seyyid Məhəmmədin hərəmi.

Baxıb gördüm seyyid Məhəmmədin məqbərəsinin yaxınlığındayam. Halbuki mən Qadisiyyə deyilən yerdə yolu itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında böyük bir məsafə var.

Həmin ərəblə yol boyu söhbətimizdə çoxlu mühüm məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi. O cümlədən Qur`ani-Məcidi tilavət etməyi, Qur`anın təhrif olduğunu inkar etməyi, valideynə hörmət, seyyidlərə ehtiram etməyi, müqəddəs məkanlara və imamzadələrin ziyarətinə getməyi, gecə namazı qılmağı, Həzrət Zəhranın (ə) təsbihinin zikri və şəhidlər ağası Həzrət İmam Hüseynin ziyarətini təkidlə tapşırdı.

Bu arada birdən ağlımdan keçdi ki, ey dili-qafil, olmaya bu adam imam Zaman ola?

Bu fikri ağlımdan keçirməklə gözlənilmədən həmin şəxs gözlərim önündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola onu tanıya bilmədiyimə çox təəssüfləndim.1


«O pulla olmaz»


Cənab Razi yazır: Polis idarəsinin işçilərindən biri şah zamanı istefa verib işdən çıxır və azad işlə məşğul olur. O mənimlə tanış idi. Bir gün ondan işdən çıxmasının səbəbini soruşdum. Dedi:

Ayətullah Mər`əşinin batini baxışı və bəsirəti bu işə bais oldu. Dedim:

Necə məgər? Dedi:

Bir gün iş rejiminə görə axşam saat 12-dən səhər saat səkkizə qədər Qumun “İrəm” xiyabanında postda durmalı idim. Həmin gecə boynuma qüsul gəlmişdi və hamama getməli idim, amma hamam üçün verməyə pulum yox idi. Təqribən gecə saat ikiyə yaxın İsfəhandan müsafir avtobusu gəlib hərəmin qarşısında saxladı ki, müsafirləri endirsin.

Mən yaxınlaşıb sürücüyə dedim:

Maşını burda niyə saxlamısınız? Sürücü vəsiqənizi göstərin. Sürücü bir beş tümənlik ovcuma basıb üzürxahlıq elədi. Mən də ona tez çıxıb getməsinə göstəriş verib öz-özümə dedim:

“Hamam pulu da düzəldi.”

Gözlədim ki, səhərə yaxın hamam açılsın, gedib qüsul alıb namaz qılam.

Hərəmin qapısı hələ açılmamışdı ki, gördüm Ayətullah Mər`əşi həmişəki kimi hərəmə tərəf gedir. Amma həmin gecə yolunu dəyişib xiyabanın bu tərəfinə keçdi və mənim yanıma gəldi.

Çatan kimi salam verib dedi:

“İrəli gəl!” Qabağa getdim. Beş tümən mənə uzadıb dedi:

Bu pulla get qüsul al, o pul qüsul almağa yaramaz. Dedim:

Göz üstə! O gecəki hadisədən sonra bu qərara gəldim ki, polis idarəsindən çıxıb azad bir işlə məşğul olum. Belə də oldu... İndi əlhəmdülillah vəziyyətim çox yaxşıdır, Məkkəyə də getmişəm.1


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin