−Алимләрин кәрамәтләри−



Yüklə 2,53 Mb.
səhifə13/33
tarix11.06.2018
ölçüsü2,53 Mb.
#53321
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

«Təntənani halvası»


Rəhmətlik Şeyx Ağabüzürg Tehrani yazır:

Seyyid (böyük arif Molla Hüseynqulu Həmədaninin şagirdi) Əhməd Kərbəlayi çox vaxt xəlvətə çəkilib namazını qılar və Camaatın ona iqtida etməsindən çəkinərdi. Allahın xofu və vüsalına rəğbətdən daim ağlar, belə ki, hətta namazda göz yaşlarını saxlaya bilməzdi. Xüsusilə də gecə nafilələrini qılanda ixtiyarsız ağlayırdı. Neçə il onunla qonşu olmaq mənə nəsib oldu. Evlərimiz yaxın idi. Bu müddətdə ondan qəribə hadisələr müşahidə etdim ki, hamısını qeyd etməli olsam söz uzun çəkər. Anasına çox kömək edərdi və anasından qabaq dünyasını dəyişdi.”2

Ölümündən sonra bir gecə onu yuxuda gördüm. Onun şəhadət barmağından möhkəm tutub dedim: Allahın sənə lütf etdiyi dərəcələrdən mənə də bir şey bəyan elə. Barmağını tez əlimdən çəkib, gülümsünərək dedi: “Təntənani halvası yeməsən bilməzsən!”3

Kinayə ilə demək istəyirdi ki, bərzəx aləminin dərəcə və ləzzətləri dadmalı və görməlidir, deməli yox.


«Bəsirət gözü»


Rəhmətlik Ayətullah Molla Məhəmməd Kaşi (1249-1333 q.) şiə aləminin böyük arif və tanınmış alimlərindən olmuşdur. Şəhid Mütəhhərinin dediyinə görə O, güclü riyazət əhli idi və ondan qeyri-adi işlər zahir olmuşdu.4

Nəql edilir ki, bir gün Molla Məhəmməd öz xidmətçisi ilə birgə getdiyi halda birdən, xidmətçisinə üzünü tutub onu danlayır və üstünə acıqlanır. Mədrəsəyə qayıtdıqdan sonra xidmətçi onunla olan bu rəftarın səbəbini soruşur. Qəlbi Allah sevgisi ilə dolub-daşan, ruhu mələkut aləmində seyr edən Molla Məhəmməd bir anlıq bu sirli əhvalatın üzərindən pərdə götürərək deyir:

Birdən gözlərim önündən pərdə götürüldü və hər kəsi öz həqiqi timsalında gördüm. Səhnə o qədər fövqəladə idi ki, özümü itirdim və bir anlıq sözün yüyəni əlimdən çıxdı.5

Əllamə Həsənzadə Amuli “bəsirət gözü” barədə deyir: Əməli irfanda insan elə bir yerə çatır ki, onun bərzəx gözü açılır, yə`ni insanları onların ruhi aləmlərinə müvafiq şəkildə görür... Böyük şəxsiyyətlər, haqq övliyalarına qiyamət bu dünyada zühur etmişdir... Əsas odur ki, bəndənin bərzəx gözü görsün. Əgər mənim bəsirətim görmürsə, gözüm kimi o da müalicə olunmalıdır...

Əməllərin təcəssümü və məxluqatın öz ruhi aləmlərinə uyğun həşrinə dair Qur`ani Kərimdə, təfsirlərdə, əhli-beytdən nəql olunan rəvayətlərdə və əqli-irfani kitablarda nə qədər desən, sübut var. Xülasə, böyük arif Cəlaləddin Ruminin nəzmə çəkdiyi bu neçə beyt həmin mə`naya işarə edir:

Ey Yusiflər libasın yırtan insan

Ağır yuxudan, qurd tək qalxarsan, inan.

Qurdlara dönmüşdür pis xislətlərin

Qəzəblə yırtırlar bil, tikələrin.

İlan, əqrəb tək zəhərli sözlərin

İlan, əqrəb tək yapışar ətəyin.

Hansı xislət tutsa sənin vücudun

Həşrə vacib olar həmin timsalın.1

«Zikrin tərənnümü»


Höccətül-islam Hüseyn Ənsariyan yazır:

Axund Kaşidən (Molla Məhəmməd) elmi-əməli tərbiyə almış şəxsiyyətlərdən biri də görkəmli filosof Həkim Rahim Ərbab olmuşdur. Bu böyük alim, Axund Kaşini ziyarət etmək üçün iki dəfə İsfahana getmiş və hər dəfə də Axundun feyz xırmanından bəhrələr götürmüşdür. Bu böyük şəxs, ustadı Axund Kaşinin mə`nəvi-ruhi halları ilə bağlı olduqca maraqlı əhvalatlar nəql etmişdir.

Axund Kaşinin qaldığı “Sədr” mədrəsəsinin tələbələrindən biri (bu tələbənin özü də mə`nəvi hala sahib imiş) deyir:

Gecələrin birində ibadət və münacat üçün yuxudan oyandım. Dəstəmaz alıb ibadətə hazırlaşırdım ki, birdən, mədrəsənin tamam qapı-pəncərələri, daş-divarı, yerdəki xırda daşlara qədər bütün mövcudat, qəlbi yanıqlı bir insanın naləsinə cavab olaraq “Subbuhun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh” nəğməsini tərənnüm edirlər. dedim, Pərvərdigara! Bu nalənin, bu səsin əsil sahibi kimdir? Bu nə səsdir ki, mədrəsənin bütün mövcudatı onunla səs-səsə verib? Axtarmağa başladım. Axundun hücrəsinə çatanda gördüm nurani üzünü yerə qoyub, hönkürtü ilə ağlayaraq bu şərif zikri “Subbuhun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh.” söylədikcə mədrəsinin daşı-divarı, ağaclar və otlar da ona qoşulub bu zikri söyləyirlər. Zikr deyənin, zikrin və zikr olunanın heybətindən fəryad çəkib qəşş elədim. Özümə gələndən sonra tez hücrəmə qayıtdım.

Günorta vaxtı ustadın yanına gedib heyrət içində ərz etdim:

Gecəki əhvalat nə idi k? Məni hədsiz dərəcədə vahiməyə saldı.

Axund Kaşi mülayimliklə dedi:

Heyrət doğuran budur ki, necə olub bərzəx göz-qulağın açılıb, belə bir hadisəni görmüsən! De görüm, nə etmişdin ki, belə bir hadisəni müşahidə etmək sənə nəsib olub?1


«Axırıncı mənəm»


Tonikabon və Humədə öz əsrinin məşhur alimlərindən olan Ağa Nəcəfi ləqəbi ilə tanınan Seyyid Əbdüs-Səməd uzun illər Nəcəf-Əşrəfdə Mirzə Həbibullah Rəşti və Molla Hüseynqulu Həmədani kimi böyük alimlərdən dərs almışdır. İctihad dərəcəsinə çatdıqdan sonra Ramsərə qayıdıb tərdislə məşğul olmuş və dövrünün zahid və ariflərindən sayılmışdır. O, vaxtının çoxunu camaatın ehtiyacları və moizəsinə sərf edərdi.

1337-ci (h.q.) ilin yayında Ramsərin Curdiyə məntəqəsində vəba xəstəliyi yayılır və bu xəstəliyin nəticəsində gündə neçə nəfər canını tapşırırdı. O zaman Ağa Nəcəfi Curdiyə məscidində camaat namazına imamlıq edirdi. Bir gün axşam namazından sonra minbərə qalxıb camaata moizə edəndən, sonra vəba xəstəliyi və camaatın kütləvi tələfatına dair deyir:

Mənim ölümümlə vəba da qurtaracaq və artıq kimsə bu xəstəliyə mübtəla olmayacaq. Vəbadan ölənlərin axırıncısı isə mən olacağam.

Ertəsi gün o vəba xəstəliyə tutulur və üç gündən sonra vəfat edir. Ağa Nəcəfini “Adinə” məscidinin qəbiristanlığında dəfn edirlər və onun vəfatı ilə də vəba aradan gedir.2


«Hamam, daha vacib idi»


Ağa Rəzəvi buyurur: Bir dəfə rəhmətlik Bidabadi (Şeyx Məhəmməd Cavad) Mədinəyə getmək qəsdi ilə Buşehr yolu ilə Şiraza gəlir və iki aya yaxın orada qalır. Şirazda Əli Əkbər Məcarənin evində qonaq qalan Şeyxin gədiyini eşidən şəhərin elm adamları, onun elm xəzinəsindən bəhrələnmək üçün günün üç vaxtı camaat namazına gəlib onun başına toplaşardılar.

Bir dəfə mənə cənabət qüsulu vacib oldu. Sübh azanından sonra hamam qəsdi ilə evdən çölə çıxdım. Yolda Şeyxul-islam Məhəmməd Baqirlə rastlaşdım.O, sübh namazına Bidabadinin yanına gedirdi. Mənə dedi:

Gəl birlikdə gedək. Utandığımdan bir söz deməyib, ona qoşularaq yola düzəldim. Öz-özümə dedim: Hələ vaxt çoxdur, Bidabadi ilə əlüstü salaməleyk edib sonra hamama gedərəm.

Bidabadilə görüşərkən əvvəl Şeyxül-islam hal-əhval tutub bir kənarda oturdu. Sonra isə mən salaməleyk dedim. Əl tutub görüşəndə, yavaşca məni sinəsinə sıxıb qulağıma belə pıçıldadı:

“Hamam, daha vacib idi!” Onun bu sözündən bədənim əsdi. Qızarıb, başımı aşağı salaraq çölə çıxdım. Şeyxül-islam dedi:

Ağa Bidabadi, Rəzəvi hara gedir? Bidabadi astaca buyurdu:

İşiniz olmasın, onun daha vacib işi var.1


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin