Allaha iman



Yüklə 1,29 Mb.
səhifə16/32
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#842
növüMücərrəd
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
Üçüncü mərhələ

Üçüncü mərhələdə bu məsələ irəli sürülür ki, əgər Yerin günəşdən ayrılması fərziyyəsi düzgün olmazsa, onda günəş sistemində mövcud olan bu qədər planetin təsadüf üzündən bir yerə toplaşıb müəyyən bir orbit üzrə hərəkət edə bilməsi ehtimaldan çox-çox uzaqdır. Çünki, bu zaman təsadüfi hadisələr nəticəsində yaranan və aralarında heç bir uyğunluq və rabitə mövcud olmayan bir məcmuə təsəvvür olunacaq. Yuxarıdakı fərziyyənin düzgün olmadığını qəbul etdikdə, həmin planetlərin təsadüfi olaraq bir yerə yığışması ehtimalı da veriləcəkdir. Bu ehtimala əsasən, həmin planetlərin bir yerə yığışmasını əsaslandırıb izah edə biləcək çoxlu ehtimallar tələb olunur.

Məsələn, Yerin günəş ətrafında fırlanma istiqaməti ilə günəşin öz oxu ətrafında fırlanmasının eyni istiqamətdə və eyni cəhətdə olub qərbdən şərqə doğru hərəkət etməsini izah etmək üçün Yerin istər günəşdən ayrı şəkildə yarandığını, istərsə də günəşdən uzaqda olan başqa bir göy cismində olub, müəyyən zaman keçdikdən sonra ondan ayrılaraq bizim günəş sisteminə yaxınlaşdığını qəbul etsək belə, hökmən fərz etməliyik ki, Yer kürəsi təsadüf nəticəsində seyr edərək günəşin ətrafındakı hazırkı orbitinə çatmış və onun qərb tərəfində olan bir nöqtədə yerləşmiş və elə buradan da qərbdən şərqə doğru (yəni günəşin öz oxu ətrafındakı hərəkəti ilə uyğun olan) hərəkətə başlamışdır. Həmçinin bunu da fərz etməliyik ki, Yer, günəşin cazibə sahəsinə çatdıqda onun şərqində yerləşən bir nöqtədə dayanıb öz-özünə, şərqdən qərbə doğru hərəkətə başlamışdır.

Yerlə günəşin hər birinin öz oxu ətrafında fırlanmasının eyni cəhətli, həm də qərbdən şərqə doğru olmasına gəldikdə isə, misal üçün, belə fərz etməliyik ki, Yerin ayrıldığı başqa bir günəş də qərbdən şərqə doğru hərəkət edirmiş. Yerin günəş ətrafında, ekvator xəttinə paralel orbit üzrə hərəkət etməsində də belə fərz etməliyik ki, Yerin ayrıldığı başqa bir günəş bizim günəşin ekvator xəttinə perpendikulyar olan bir nöqtədə yerləşirmiş.

Yeri və günəşi təşkil edən maddələrin uyğunluğu və bu maddələrin arasındakı nisbətə gəldikdə isə, belə fərz etməliyik ki, Yeri təşkil edən maddələr onun ayrıldığı başqa günəşdə də olmuş və həmin günəşdə də Yerdəki maddələr nisbəti mövcud olmuşdur.

Yerin günəş ətrafında və öz oxu ətrafında fırlanması ilə günəşin öz oxu ətrafındakı hərəkətinin eyni olduğuna gəldikdə isə, misal üçün, belə təsəvvür etməliyik ki, Yerin ayrıldığı başqa günəş elə bölünmüşdür ki, Yer kürəsi ondan ayrıldıqdan sonra günəş sistemindəki günəşin hərəkətinə mütənasib bir sürət almışdır.

Günəşlə Yerin yaşının eyni olması və Yerin yarandığı ilk vaxtlarda qızmar halda olmasına gəldikdə isə, fərz etməliyik ki, Yer elə bir günəşdən ayrılmışdır ki, onun yaşı bizim günəşin yaşı ilə eyni olmuşdur. Bundan əlavə, Yer həmin günəşdən elə ayrılmışdır ki, hal-hazırda mövcud olan hərarətə gəlib çatmışdır.

Gördüyümüz kimi, Yerin günəşdən ayrılması fərziyyəsinin düzgün olmadığını qəbul etdikdə bütün bu hadisələrin baş verməsi çoxlu təsadüfi hadisələrin fərz olunmasını tələb edir. Halbuki, yuxarıda qeyd olunan fərziyyə bütün planetlərin yaranması və onların arasında olan qarşılıqlı asılılığın izah edilməsi üçün tamamilə kifayətdir.

Dördüncü mərhələdə deyirik ki, Yerin günəş sistemindəki günəşdən ayrılmadığını fərz etdikdə, bütün bu cisimlərin Yerdə yaranması ehtimalı son dərəcə zəif olur. Buna əsasən Yerin hökmən günəşdən ayrılması nəzəriyyəsini qəbul etməliyik.

Beşinci mərhələdə isə (dördüncü mərhələdə isbat olunduğu kimi) Yerin günəşdən ayrılması fərziyyəsinin güclü bir ehtimal olması ilə, (üçüncü mərhələdə isbat olunduğu kimi) həmin varlıqların təsadüf nəticəsində (Yerdə) yaranması ehtimalının zəifliyi arasında rabitə bərqərar edir və belə bir nəticə alırıq ki, üçüncü mərhələdə qeyd olunan ehtimalın zəifliyi nə qədər çoxalsa, dördüncü mərhələdəki ehtimalın güclü olması da bir o qədər artar.

Beləliklə, Yerin günəşdən ayrılması nəzəriyyəsi sübuta yetir. Alimlər də həmin fərziyyəni bu yolla qəbul edirlər.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin