Allaha iman


MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ



Yüklə 1,29 Mb.
səhifə2/32
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#842
növüMücərrəd
1   2   3   4   5   6   7   8   9   ...   32

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ


Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin sirli qanunlarını kəşf etməyin mümkün olmadığını dərk edib bu qənaətə gəldilər ki, hiss və elmi müşahidələr kainatdakı qanun və sirlərin kəşf olunmasının yeganə əsas və mühüm amilidir.

Ümumi halda insanın kainat barəsində olan mərifət və məfkurəsinin tamamilə dəyişilib inkişaf etməsi və daha da genişlənməsində elmi təhqiqatlarda təcrübə və hissiyyata təmayül metodu nəzərə çarpacaq dərəcədə faydalı oldu.

Amma tədricən bu ideya öz inkişaf yolunda irəlilədikcə, onun tərəfdarları belə dedilər: Hiss və təcrübi müşahidə metodu insanların həm özü və həm də ətrafında olan ümumi sistem və qanunların kəşf edilməsində əql və mərifət üçün bir vasitədir. İnsanın əqli kainatın sirləri və onun külli sistemi haqqında mərifət qazanıb məlumat əldə etməkdə bu iki şeyə (hiss və təcrübəyə) ehtiyac duyur. Yəni Aristotel (Ərəstu1) kimi qapalı bir evin güncündə oturub, fəza cisimləri ilə onları hərəkətə gətirən qüvvə arasındakı qarşılıqlı əlaqənin necəliyi haqqında fikirləşib müəyyən qərara gəlməsi və hərəkətdə olan hər bir cisim onu hərəkətə gətirən qüvvənin tükənməsi ilə hərəkətdən düşüb sükunətdə qalır demək əvəzinə, Qaliley2 birbaşa elmi müşahidələrdən və təcrübədən istifadə edərək hərəkətdə olan cisimlər barəsində çoxlu tədqiqat apardıqdan sonra onların arasında başqa bir asılılıq nəzəriyyəsini irəli sürür və deyir: əgər bir cisim, hərəkət verici bir qüvvənin təsiri altına düşərsə, hərəkətə gəlir və onu hərəkətdən saxlaya biləcək başqa bir qüvvə ilə qarşılaşana qədər öz hərəkətini davam etdirir.

Hissiyyata təmayül, tədqiqatçıları təbii hadisələr və kainata hakim olan qanunlar barəsində təhqiqat aparmağa təşviq etmişdir. Onlar öz təhqiqatlarında aşağıda qeyd olunan iki mərhələni keçmişlər.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin