ƏVƏZ VERİLMƏSİ İLAHİ ƏDALƏTİN TƏLƏBİDİR
Yuxarıda qeyd olunduğu kimi, qəbul etdiyimiz dəyərlər, insanı ədalət, müqavimət, sədaqət, əhdə vəfalı qalmaq və sairəyə çağırıb onların əksi olan sifətlərdən saxlayır. Amma bu kimi işlərin dəyəri yalnız çağırmaq, dəvət etmək və ya qarşısını almaqla bitmir. əksinə, onların hər biri üçün münasib əvəz də nəzərdə tutulmuşdur. Çünki, hər bir fitri və sağlam əql dərk edir ki, xəyanəti və zülmü özlərinə peşə edənlər cəzalandırılmağa, ədalət və əmanətdarlıq yolunda fədakarlıq edən ədalətli və əmanətdar şəxs isə mükafata layiqdir. Bizim hər birimiz həmin dəyərlər əsasında qəlbən zalımı münhərif və cəzaya layiq, adil və düz əməl sahibini isə təqdirəlayiq hesab edirik. Bu kimi dəyərlərin əməli olaraq həyata keçib gerçəkləşməsinə yalnız münasib mövqe seçib himayə etməkdə bacarıqsızlıq və şəxsi təəssüblər mane ola bilər.
Biz Allahın Özünün bütün işlərində ədalətli və düz əməl olduğunu bildikdə, bütün işlərə münasib əvəz – savab və ya cəza verəcəyinə inandıqda və o dəyərlərin həyata keçirilməsi yolunda Onun qarşısında heç bir maneənin olmadığını gördükdə bilməliyik ki, Allah taala yaxşı əməl sahiblərinə münasib mükafat, bəd əməl sahiblərinə isə cəza verməlidir.
Buna görə də təbii olaraq nəticə alırıq ki, Allah-taala yaxşı əməl sahiblərinə mükafat verib, məzlumların haqqını zalımlardan alacaq.
Allahın bu mükafat və ya cəzaları verməyə qadir olduğu halda bir çox hallarda bunların kerçəkləşmədiyini gördükdə əvvəlki elmimizə əsasən inanırıq ki, qarşıda cəza və əvəz veriləcək bir gün vardır. O gündə, böyük hədəflər yolunda canlarından keçərək fədakarlıq edən şəxslər bu dünyada öz mükafatlarını almadığından, həmçinin çoxlu ağır cinayət törətdiklərinə baxmayaraq dünyada öz cəzalarına çatmayan zalımlar məzlumların qanına susadığından hər ikisi ədalət əsasında öz cəza və mükafatını almalıdır. O gün – qiyamət günü bütün əməl və dəyərlərin mütləq şəkildə təcəssüm etdiyi bir gündür. əgər belə bir gün olmasaydı, bu dəyərlərin heç bir mənası olmazdı.
PEYĞəMBəR
Dostları ilə paylaş: |